• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan səfiri BTQ dəmir yolu xəttinin Gürcüstan hissəsində aparılan işlərlə tanış olub

Azərbaycan səfiri BTQ dəmir yolu xəttinin Gürcüstan hissəsində aparılan işlərlə tanış olub
28.07.2017 16:20
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və "Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Zaman Novruzov Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan ərazisindən keçən hissəsində görülmüş işlərlə tanış olmaq məqsədilə Tsalka rayonuna və Cavaxetiya bölgəsinə (Ninotsminda və Axalkalaki rayonları) səfər ediblər.  
 
Azərbaycanın Gürcüstandakı səfirliyindən APA-ya verilən məlumata əsasən, səfər çərçivəsində dəmir yolu xəttinin Marabda-Axalkalaki-Karsaxi-Türkiyə sərhədi hissəsində yerləşən Tsalka, Toparavani, Karsaxi stansiyalarına baxış keçirilib.
 
D. Həsənov və Z. Novruzov həmçinin Axalkalaki stansiyası kompleksində və Gürcüstan-Türkiyə sərhədində yerləşən 4 200 metrlik tuneldə aparılan intensiv son tamamlanma işləri ilə yaxından tanış olublar.
 
İş icraçılarının məlumatlarına və aparılan müşahidələrə əsasən, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsinin bu ilin sentyabr ayında tam şəkildə istismara hazır olacağı gözlənilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol