• $
  • €
  • ₽
  • ₺
  • £

Bu həftə qlobal iqtisadiyyatla bağlı bir çox önəmli xəbərlər gözlənilir

Bu həftə qlobal iqtisadiyyatla bağlı bir çox önəmli xəbərlər gözlənilir
31.07.2017 18:14
Bunlardan biri bu günlərdə açıqlanacaq ABŞ-dakı məşğulluq göstəriciləridir.

Bu həftə qlobal maliyyə bazarları ABŞ-dakı məşğulluq göstəricisini, İngiltərə Mərkəzi Bankının (BoE) uçot dərəcəsi ilə bağlı qərarını, avrozonada inflyasiyanın səviyyəsini və Avstraliya Mərkəzi Bankındakı iclasın nəticələrini izləyəcək. 

"Report" xəbər verir ki, avqustun 3-də ABŞ-da kənd təsərrüfatı sektoru istisna olmaqla yeni vakant iş yerlərinin sayı açıqlanacaq. Konsensus-proqnoz iyul ayı üzrə artımın 183 min nəfər olacağını göstərir. İyunun yekununda bu göstərici 222 min nəfər təşkil edib. Nəticədə ABŞ-da işsizlik səviyyəsinin 4,4%-dən 4,3%-ə düşəcəyi gözlənilir. 

Həmçinin iyulun 3-də ABŞ-da orta saatlıq əmək haqlarının artım tempi açıqlanacaq ki, hazırda FED üçün ən önəmli göstərici məhz budur. Maaşların ay ərzində 0,3% artacağı gözlənilir. Qeyd edək ki, iyun ayında əmək haqqları 0,2% artım nümayiş etdirib.  Əgər əmək haqqları 0,3% və daha çox artsa FED-in monetar sərtləşdirmə ilə bağlı prosesi sürətlənə bilər və bu da dolların kəskin möhkəmlənməsinə səbəb olacaq. 

Həmçinin ABŞ-da fiziki şəxslərin gəlirləri, xərcləri və istehlak xərcləri indeksi açıqlanacaq. Bununla yanaşı istehsal və qeyri-istehsal sahələrində işgüzaq aktivlik (PMI) indeksi və bir sıra nəhəng şirkətlərin II rübün yekunu üzrə hesabatları gözlənilir.

BoE isə iyulun 3-də uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq. İqtisadçılar faizləri artırmağa çağırışlara baxmayaraq, onun sabit saxlanılacağını proqnozlaşdırır. 

Bu gün həmçinin avrozonada iyul ayı üzrə inflyasiya göstəricisi açıqlanacaq. Konsensus-proqnoza görə inflyasiya iyunla müqayisədə dəyişməyərək 1,3% təşkil edəcək. Bu isə ECB-nin 2% hədəfindən xeyli aşağıdır. Baza inflyasiyanın da dəyişməyərək 1,1%-də səviyyəsində gözlənilir.

Sabah Avstraliya Mərkəzi Bankının uçot dərəcəsi ilə bağlı iclasında isə 11-ci dəfə faizlərin sabit saxlanacağı və 1,5% səviyyəsində təsdiqlənəcəyi gözlənilir. Monetar siyasətdə isə dəyişiklik gözlənilmir. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol