• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni İctimai Şura yaradılır

Yeni İctimai Şura yaradılır
29.05.2020 02:44
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilərin keçirilməsi məqsədi ilə Seçki Komissiyası yaradılıb.
 
Komitədən "APA-Economics"ə verilən məlumata görə, komissiyada 4-ü komitə əməkdaşları, 5-i isə qeyri-hökumət təşkilatlarının nümayəndələri olmaqla 9 üzv təmsil olunur. Təmsil olunan QHT-lər Demokratik Seçki Mərkəzi, "Turan İstedadlar” İB, "Ümid” Sosial İnkişafa Dəstək İB, "Gənc Vətəndaş Maarifləndirmə” İB və "İqtisadi Resursların Öyrənilməsi” İB-dir.
 
Seçki Komissiyasının yaxın vaxtlarda keçiriləcək ilk iclasında komitə yanında İctimai Şuraya üzvlərin say həddi və şuraya seçkilərin təşkili məsələləri müəyyən ediləcək.
 
Məlumat üçün bildirək ki, İctimai Şura "İctimai iştirakçılıq haqqında” qanununa uyğun olaraq, vətəndaşların dövlətin idarə olunmasında iştiraka cəlb edilməsi, mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, mərkəzi icra hakimiyyəti orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, orqanların fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması, əsas insan və vətəndaş hüquqlarının müdafiəsi kimi məqsədlərin həyata keçirilməsində iştirak edən məşvərətçi qurumdur.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol