Dövlət avtomobilləri satışa çıxarılır

Əmlak Məsələləri Dövlət Komitəsi avqust ayında avtomobillərin növbəti hərracını keçirəcək.
anews.az Topxeber.az-a istinadən xəbər verir ki, dövlət komitəsi avqustun 14-də baş tutacaq hərraca 13 ədəd nəqliyyat vasitəsi çıxaracaq.
Həmin avtomobillər artıq bir neçə dəfə hərraca çıxarılıb. Bu dəfə isə təkrar hərrac keçirilir. Hər bir avtomobilə 10-50 faizə arası endirim tətbiq edilir.
Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e–emdk.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























