• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell növbəti dəfə “Mobil telekommunikasiyaya giriş” seminarı təşkil etdi

Bakcell növbəti dəfə “Mobil telekommunikasiyaya giriş” seminarı təşkil etdi
02.08.2017 15:44
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti jurnalistlər üçün "Mobil telekommunikasiyaya giriş” adlı növbəti seminar keçirib. Builki seminarda rəqəmsallaşdırma, rouminq, Azərbaycanda startap mühiti və "Applab” layihəsi, İnternet məhsulları, informasiya təhlükəsizliyi, "Bakcell”in korporativ müştərilərinə təqdim etdiyi innovativ həllər və digər mövzular ətrafında müzakirələr aparılıb.

"Mobil telekommunikasiya dünyada ən sürətlə inkişaf edən sahələrdən biridir. Telekommunikasiya sahəsindən yazan jurnalistlərin bu sahədə baş verən yeniliklərlə daha yaxından tanış ola və bunu öz gündəlik fəaliyyətlərində əks etdirə bilmələri üçün Bakcell şirkətinin mütəxəssisləri məmnuniyyətlə bizim seminarlara qoşulur. Biz artıq dördüncü ildir ki, davamlı olaraq 30-40 nəfər mətbuat nümayəndəsinin iştirakı ilə "Mobil telekommunikasiyaya giriş” seminarları təşkil edirik və bu təşəbbüsü gələcəkdə də davam etdirmək niyyətindəyik”, deyə Bakcell şirkətinin Korporativ Kommunikasiya bölməsinin rəhbəri Süheylə Cəfərova bildirib.

Seminarda müştəri təcrübəsi və kanalların idarə edilməsi üzrə yarımbölmə rəhbəri Emin Əsgərsoy rəqəmsal transformasiyanın əsas trendləri və onun müştəri məmnuniyyətinin yüksəldilməsinə yönəlmiş müsbət təsirləri haqqında danışıb.

"Bakcell”in hesab ötürmə məlumat mübadiləsi qrupunun baş mütəxəssisi Lev Quninin təqdimatı vasitəsilə mətbuat nümayəndələri rouminq xidmətinin fəaliyyət mexanizmi, tariflərin tənzimlənməsi, müxtəlif ölkələrin mobil operatorları ilə rouminq üzrə tərəfdaşlıqların qurulması qaydaları və rouminq şöbəsinin xidmətin təşkili prosesi ilə tanış olublar.

Data məhsullarının inkişafı üzrə baş mütəxəssis Nazlı Orucova seminar iştirakçıları qarşısında Azərbaycanda ən sürətli mobil şəbəkə xidmətləri təchizatçısı adına layiq görülmüş "Bakcell”in təqdim etdiyi ən innovativ mobil data məhsulları, əlavələrin inkişafı üzrə menecer Orxan Babayev Azərbaycanda startap mühiti və "Bakcell”in Applab proqramı və məhsulun inkişafı üzrə meneceri Şamil Həsənov şirkətin korporativ abunəçilərə təqdim etdiyi unikal xidmətlər və informasiya təhlükəsizliyi haqqında təqdimatlar edib.
 






www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol