• $
  • €
  • ₽
  • ₺
  • £

Qiymətli Kağızlar bazarında tarixi hadisə

Qiymətli Kağızlar bazarında tarixi hadisə
03.08.2017 15:20
SOCAR İstiqrazları üzrə təkrar bazar əməliyyatlarının həcmi 100 milyon dolları keçib. 

anews.az "SOCAR Capital” şirkətinə istinadən xəbər verir ki, SOCAR-ın daxili bazar üçün nəzərdə tutulan istiqrazlarının  buraxılmasından 1 ildən də az vaxt keçməsinə baxmayaraq, Bakı Fond Birjasında (BFB) SOCAR İstiqrazları üzrə alqı-satqı əməliyyatlarının həcmi istiqraz buraxılışının həcmini üstələyib. Bu BFB-nin fəaliyyət göstərdiyi dövrdə və ümumiyyətlə, Azərbaycanın fond bazarının tarixində ilk belə hadisədir. 

Məlum olur ki, tarixi göstəriciyə səbəb olan əməliyyat avqustun 2-də reallaşıb. SOCAR İstiqrazları üzrə əməliyyatların həcmi 100 milyon dolları ötüb. 

İndiyədək istiqrazlar üzrə 3 dəfə (17 yanvar, 17 aprel və 17 iyul tarixlərində) faiz ödənişi olub. İstiqraz sahibləri ümumilikdə 3,75 milyon dollar qazanc əldə ediblər. 2017-ci il ərzində növbəti faiz ödənişi 17 oktyabr tarixində baş tutacaq.

Qeyd edək ki, təkcə 2017-ci ilin ilk 6 ayı ərzində BFB-də bütün istiqrazlar üzrə təkrar bazar əməliyyatlarının 82%-i SOCAR istiqrazlarının payına düşüb. Nəticədə qarşıdakı dövrdə istiqrazlar üzrə əməliyyatların həcminin daha da artacağı gözlənilir. 

SOCAR istiqrazları ölkənin ən böyük və etibarlı şirkəti olan SOCAR tərəfindən 100 milyon dollar həcmdə 5 illik müddətə, illik 5% gəlirliliklə buraxılıb. Nominal qiyməti 1000 ABŞ dolları olan hər bir istiqrazın illik gəlirliliyi 50 dollar olmaqla, hazırda maliyyə sektorunda ən yüksək gəlir sayılır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol