• $
  • €
  • ₽
  • ₺
  • £

Paytaxt sakinləri ərzağa və içkiyə 4151,5 milyon manat xərcləyiblər

Paytaxt sakinləri ərzağa və içkiyə 4151,5 milyon manat xərcləyiblər
03.08.2017 19:40
2017-ci ilin yanvar-iyun aylarında paytaxtın pərakəndə ticarət dövriyyəsinin həcmi 2016-cı ilin yanvar-iyun aylarına nisbətən müqayisəli qiymətlərlə 2,3 faiz artaraq 8942,2 milyon manat olub.

anews.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz artaraq 4151,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 0,9 faiz artaraq 4790,7 milyon manata bərabər olub.

İstehlak məhsullarının 18,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 68,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,0 faizi isə paytaxtın məhsul bazarlarında satılıb. Cari ilin yanvar-iyun aylarında elektron qaydada pərakəndə ticarət şəbəkəsində 22,0 milyon manatlıq və ya 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,2 dəfə çox istehlak məhsulları satılıb.

Elektron şəbəkə vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 97,2 faizi hüquqi şəxslərdən, 2,8 faizi isə fərdi sahibkarlardan alınıb. Satışın bu növü vasitəsilə, əsasən, qeyri-ərzaq məhsullar realizə edilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol