Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 5 mlrd. dolları keçib

Son 1 ildə bu rəqəm 21% artıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il avqustun 1-nə 5 033,1 mln. ABŞ dolları təşkil edib.
"Report” AMB-yə istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 69 mln. dollar və yaxud 1,4% çoxdur.
Qurumun valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 1 058,7 mln. dollar və yaxud 26,6%, son 1 ildə isə 870,2 mln. dollar və yaxud 20,9% artıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























