• $
  • €
  • ₽
  • ₺
  • £

TANAP sosial layihələrə 1,5 mln. lirə ayırır

TANAP sosial layihələrə 1,5 mln. lirə ayırır
07.08.2017 19:00
Bu qrantlar TANAP-ın Sosial və Ətraf Mühit İnvestisiyaları Proqramı çərçivəsində ayrılacaq.

Trans-Anadolu Boru Kəmərinin (TANAP) Əskişəhərdən (Türkiyə) keçən ərazilərdə dəyəri 1,5 mln. lirəyə qədər olan layihələrə qrant ayrılacaq. 

"Report” xəbər verir ki, bunu Əskişəhər Ticarət Evinin rəhbəri Metin Gülər deyib.

M.Gülərin sözlərinə görə, bu qrant TANAP-ın Sosial və Ətraf Mühit İnvestisiyaları Proqramı (SEİP) çərçivəsində ayrılacaq: "Əskişəhərdə olan qeyri-hökumət təşkilatlarına ən aşağı limiti 200 min, ən yuxarı limiti 1,5 mln. lirə olan layihələrin dəyərinin 95%-ə qədəri maliyyələşəcək. Sənəd qəbulu üçün son tarix 23 avqustdur. Bütün təşkilatları müraciət etməyə çağırıram. Düşünürəm ki, bu maliyyələşmədən Əskişəhər qazanacaq”.

TANAP həmçinin Türkiyənin Ardahan bölgəsinə ayrılmış vəsaitlər haqqında məlumat yayıb. Məlumata görə, bu il avqustun 4-də imzalanan protokola görə, adıçəkilən vilayətə 7,6 mln. lirə (4,5 mln. manat) vəsait ayrılıb. Bir il içində bu vəsaitlər sosial, iqtisadi və ətraf mühitlə bağlı layihələrə sərf olunacaq. Bu çərçivədə Ardahan bələdiyyəsi tərəfindən inşasına başlanan bərk tullantıların emalı və məhv edilməsi mərkəzi, həmçinin Ardahan Universitetinin nəzdindəki kampusda bağçanın inşası, kənd yollarının asfaltlanması işləri daxildir.

TANAP Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılan boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin təxminən 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək. TANAP-da Türkiyənin BOTAŞ şirkəti 30% paya malikdir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol