• $
  • €
  • ₽
  • ₺
  • £

ENOC ABŞ sanksiyalarına baxmayaraq İrana neft göndərdi

ENOC ABŞ sanksiyalarına baxmayaraq İrana neft göndərdi
07.08.2017 20:20
Rusiya bayrağı altında üzən "VF Tanker 20” gəmisi avqustun 3-də İranın Neka limanına "Dragon Oil” şirkətinin istehsalı olan 6 min ton həcmində Türkmənistan neftinin boşaldılması məqsədi ilə daxil olub.

anews.az Report-a istinadən xəbər verir ki, qeyd olunan partiyanın boşaldılması avqustun 3-4-də NIOC-a (İran Milli Neft Şirkətinə) məxsus və şirkət tərfindən idarə olunan terminalda həyata keçirilib.

Bu, tamamilə Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Milli Neft Şirkətinə (ENOC) məxsus olan "Dragon Oil” şirkətinin Sinqapurdakı törəmə şirkəti "ENOC Trading” ilə birlikdə uzun müddət ərzində İrana təkbaşına neft tədarükü həyata keçirdiyi ilk haldır.

Bu vaxta qədər "Dragon Oil” bütün neft ixraclarını FOB Alaca (Türkmənistan) şərtləri ilə tenderlərdə həyata keçirib. İrana qarşı tətbiq olunan sanksiyalarla əlaqədar 2011-ci ildən etibarən ixrac yalnız Azərbaycan (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və ya Bakı-Batumi dəmir yolu xətti ilə) və ya Rusiya (Mahaçqala-Novorossiysk neft boru kəməri vasitəsilə) ərazisindən keçməklə Avropaya istiqamətlənirdi.

"Dragon Oil” və ENOC-un İrana neft tədarükünü bərpa etmək qərarı bazar iştirakçılarını təəccübləndirib.

"Dragon Oil” şirkətinin Türkmənistan nefti üzrə bütün hesablamaları ABŞ dolları ilə apardığı, amerikalı podratçılarla (məsələn, ABŞ-ın neft xidməti üzrə nəhəng "Schlumberger” şirkəti ilə) uzunmüddətli əməkdaşlığının olduğu və rəhbər vəzifələrdə ABŞ vətəndaşlarının olduğu məqamda şirkətin İrana neft ixracını bərpa etməyə qərar verməsi tələsik və riskli görünür.

Eyni zamanda, BƏƏ-nin ABŞ-ın regiondakı əsas tərəfdaşı olmasına baxmayaraq, ölkənin Milli Neft Şirkəti olan ENOC-un ABŞ-ın sanksiyalarına baxmayaraq, İranla yeni biznesi aktiv şəkildə inkişaf etdirməsi faktı təəccüb doğurur.

Qeyd olunan neft partiyasının İrana çatdırılmasının "Dragon Oil” şirkəti tərəfindən əvvəlcədən heç planlaşdırılmaması da istisna deyil. Belə ki, "VF Tanker 20” gəmisi əvvəlcə Bakı limanına gəlib və iyulun 25-dən avqustun 1-nə qədər yoxlanışda olub. Lakin gəmidə sənədsiz yükün (bəlkə də, qaçaqmalçılıq) aşkar olunması ilə əlaqədar neftin boşaldılmasına icazə verilməyib. Bundan sonra ENOC şirkəti tankeri yükün sənədlər təqdim olunmadan başaldılması mümkün olan İranın Neka limanına istiqamətləndirib.

Hazırda bazar iştirakçıları hadisələrin sonrakı inkişafını gözləyir: ya bu neft partiyası sənədləşmədə yaranmış problem səbəbindən Nekada boşaldılmış təsadüfi yükdür, yaxud da bu, Türkmənistan neftinin İrana çatdırılması üzrə planlaşdırılmış proqramın başlanğıcıdır.

ENOC-un fraxt (yük) bazarında hazırkı aktivliyi və Rusiyanın "VF Tanker” şirkətinin bir neçə gəmisini Xəzər dənizində Alaca limanına istiqmətləndirməsi ikinci versiyanın xeyrinə olan məqamlardır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol