• $
  • €
  • ₽
  • ₺
  • £

Mənzillərin qiymətləri ilə bağlı VACİB XƏBƏRDARLIQ

Mənzillərin qiymətləri ilə bağlı VACİB XƏBƏRDARLIQ
11.08.2017 12:43
Mənzillərin qiymətinin gələn aydan artacağı ilə bağlı açıqlamalar yenidən gündəmə gəlməyə başlayıb. Son 4 ildə belə məlumatlar daimi olaraq mətbuata sızdırılır. Amma nə qiymət, nə də mənzil alanların sayı artır.

Publika.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov məlumat verib.

Onun sözlərinə görə, bu məlumatlarda məqsəd bəllidir: "Qiymət artımları ilə bağlı məlumatı oxuyan müəyyən qədər pulu olan və ev axtaran alıcı mənzil bazarına daxil olacaq və "qiymət artımları" baş vermədən ev almağa tələsəcək. Yəni vətəndaş düşünəcək ki, qiymət artacaq, tez alım ki, ucuz alım. Halbuki, bazarda elə mənzillər var ki, nəinki aylardır, hətta illərdir alıcısını tapa bilmir”.

Ekspert bildirib ki, yalnız kirayə mənzil bazarında qiymət artımı müşahidə edilir: "Bizim apardığımız monitoriqlər göstərir ki, bu sektorda yalnız kirayə bazarında qiymət artımları müşahidə edilir. Bu da yeni tədris ilinin başlamasına təxminən 1 ay vaxtın qalması və mövsümün başa çatması ilə bağlıdır. Bununla yanaşı, kirayə bazarında heç də bütün seqmentlər üzrə qiymət artımı müşahidə edilmir. Bahalı kirayə haqqı olan evlərdə qiymətlər stabildir. Aylıq kirayə haqqı orta hesabla 400 manatadək olan mənzillərdə müəyyən qiymət artımları var. Amma bu rəqəmdən yüksək kirayə haqqı təklif edən evlər üçün qiymətlərdə dəyişiklik yoxdur. Bu bazarda da qiymətlərin gələn ayın sonuna doğru stabilləşəcəyi gözlənilir. Daşınmaz əmlak və eləcə də torpaq bazarında alıcı problemi qalmaqdadır. Tələb yenə də aşağıdır və təklif, demək olar, dəyişməyib. Tələb, alıcılıq qabiliyyəti və eləcə də bazardakı təklifi nəzərə aldıqda yaxın zamanlarda mənzillərin qiymətində artım gözlənilmir”.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol