• $
  • €
  • ₽
  • ₺
  • £

Kiçik dövlət müəssisəsi 157 min 500 manata hərraca çıxarılacaq

Kiçik dövlət müəssisəsi 157 min 500 manata hərraca çıxarılacaq
14.08.2017 14:40
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 12 sentyabr tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub.

anews.az komitəyə istinadən xəbər verir ki, hərraca ümumilikdə 139 dövlət əmlakı çıxarılıb. Bunlardan 20-si səhmdar cəmiyyəti, 35-i kiçik dövlət müəssisə və obyekti, 84-ü istifadəsiz qeyri-yaşayış sahəsidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Gəncə, Astara, Zərdab, Beyləqan, Şirvan və digər rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Sumqayıtda yerləşən 22 saylı mağaza, Şirvanda olan Yardımçı təsərrüfat, Şəkidəki İdman Sağlamlıq Mərkəzi kimi iri dövlət əmlakları var.

Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin satış qiyməti Şirvanda olan Yardımçı təsərrüfatdır. 157 min 500 manata təklif olunan müəssisənin torpaq sahəsi 150 min kv.m, ümumi faydalı sahəsi isə 200 kv.m-dir. Bundan başqa, Bakıda yerləşən 20 saylı mağaza 135 min manata, paytaxtın Sabunçu rayonunda olan Respublika Baytarlıq Sanitar dezinfeksiya Dəstəsi 134 min manata hərraca çıxarılıb.

Özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 69-u paytaxtda, qalanları isə regionlarda yerləşir. Ən yüksək ilkin satış qiyməti paytaxtın Səbail rayonunda  yerləşən qeyri-yaşayış binasına təklif olunub. Belə ki, bu əmlak 230 min manat start qiyməti ilə hərraca çıxarılıb. Həmin əmlakın ümumi faydalı sahəsi 300 kv.m-ə yaxındır. Özəlləşdirilməyə açıq elan edilən belə əmlakların sahəsi 12 kv.m ilə 1941 kv.m arasında dəyişir.

Qeyd edək ki ki, daha az investisiya tələb edən əmlaklar da hərraca çıxarılıb. Bunlardan paytaxtın Suraxanı rayonunda yerləşən, sahəsi 18 kv.m olan qeyri-yaşayış sahəsini nümunə kimi göstərmək mümkündür. Həmin əmlakın ilkin start qiyməti  3 min 500 manat təşkil edir. Həmçinin Sumqayıtda yerləşən sahəsi 60 kv.m, ilkin start qiyməti 6 min  manat təşkil edən qeyri-yaşayış sahəsini də bu kateqoriyaya aid etmək olar.

Hərracda özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında "Zaqatala Fındıq”, "Sabirabad Mexanikləşdirmə”, "Ağsu Sənaye İnşaat”, "Lənkəran Taxıl”, "Beyləqan Buzxana ”, "Əli Bayramlı Kəndnəqliyyat ” kimi səhmdar cəmiyyətlər var.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol