• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycandakı qızıl yatağında ehtiyatların ilkin qiymətləndirmədən çox olduğu müəyyənləşib

Azərbaycandakı qızıl yatağında ehtiyatların ilkin qiymətləndirmədən çox olduğu müəyyənləşib
14.08.2017 18:20
"Uğur” yatağında istehsala sentyabr ayında başlanması gözlənilir.

Ötən il Gədəbəy rayonu ərazisində kəşf olunan "Uğur” qızıl yatağında ehtiyatların ilkin qiymətləndirmədən artıq olduğu müəyyənləşib. "Report” xəbər verir ki, bu barədə Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti məlumat yayıb.

Qeyd olunub ki, Birgə Filiz Ehtiyatları Komitəsinin (JORC) koduna uyğun olaraq Mineral Mənbələr və Mineral Ehtiyatların qiymətləndirməsi şirkətin ilkin gözləntilərindən çox olub.

Son qiymətləndirməyə əsasən, ümumi mineral ehtiyatlar 199 min unsiya qızıl və 1,049 mln. unsiya gümüşdən ibarətdir.

Xatırladaq ki, şirkətin ilkin hesablamalarında "Uğur” yatağında 195 min unsiya qızıl ehtiyatı ola biləcəyi qeyd olunmuşdu.

Bildirilib ki, "Uğur” yatağında istehsala sentyabr ayında başlanması gözlənilir. Artıq "Uğur” yatağı və şirkətin emal müəssisələri arasındakı yol tamamlanıb. Torpağın üst qatının ilkin qazma işlərinə iyulun sonunda başlanıb.

Qeyd edək ki, əvvəl bu ilin IV rübündə "Uğur” qızıl yatağından hasilata başlanması gözlənildiyi qeyd olunmuşdu.

"Uğur” yatağının kəşfi barədə ötən ilin oktyabrında məlumat yayılıb. Yataq "Anglo-Asian Mining”in Qələviləşdirmə Zavodundan 3 km şimal-qərbdə yerləşir.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol