• $
  • €
  • ₽
  • ₺
  • £

Startaplarımız 10000 avro qazanmaq üçün mübarizəyə qoşulacaq - FOTOLAR

Startaplarımız 10000 avro qazanmaq üçün mübarizəyə qoşulacaq - FOTOLAR
16.08.2017 10:43
Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə reallaşan dünyanın ən geniş "cleantech” müsabiqəsi "ClimateLaunchpad"-ın final mərhələsi keçirilib. Azərbaycanın ilk dəfə qoşulduğu "ClimateLaunchpad” müsabiqəsində iştirak edən 13 startap komandası ölkə finalında qalib olmaq uğrunda mübarizə aparıb. Qalib 3 komanda ölkəmizi 17-18 oktyabr 2017-ci ildə Kiprin Limasol şəhərində keçiriləcək beynəlxalq finalda təmsil etmək hüququ qazanıblar:

· 1-ci yer: Co2atalyser (co2atalyser.com/)

· 2-ci yer: EMWAES · 3-cü yer: Sh2ower (www.sh2ower.com)

"Audience Favorite Startup” – İzləyicilərin Favorit Startapı nominasiyası üzrə iki 14 yaşlı gəncin "Rainergy” adlı layihəsi qalib olub. Bundan əlavə, layihə çərçivəsində aylardır göstərdiyi əvəzsiz dəstəyə görə Leyla Tağızadə "Social Innovation Lab” tərəfindən "Woman Philanthropist of the Year Award 2017” mükafatı ilə təltif edilib.

Qeyd edək ki, may ayından etibarən Azərbaycandan seçilən 13 komandaya intensiv təlim proqramları təşkil edilib. Təlim proqramları "ClimateLaunchpad" mərkəzi komandasının üzvü, Hollandiyadan ölkəmizə proqram təşkilatçıları tərəfindən göndərilmiş startap və innovativ texnologiyalar sahəsi üzrə ekspert Hans Vesterhof və lokal təlimçilər tərəfindən keçirilib. Təlim zamanı iştirakçılar startap qurulmasında ən vacib biznes biliklərini praktiki olaraq öz layihələri üzərində tətbiq edərək öyrəniblər. İki günlük bootcamp bitdikdən sonra komandalar 14 həftəlik ölkədaxili koçinq sessiyalarına

başlayıblar. Burada komandalar yerli ekspertlər tərəfindən ClimateLaunchpad-ın müəyyən etdiyi vacib biznes konseptləri üzərində praktiki işləyərək, özlərini ölkə finalına hazırlayıblar.

Dünya finalında hər iştirakçı ölkədən 3 komanda Avropanın qabaqcıl investorları və sahibkarları qarşısında təqdimat edəcəklər. Dünya finalında 1-ci yer 10000, 2-ci yer 5000 və 3-cü yer sahibləri 2500 avro pul mükafatı ilə təltif olunacaqlar. Bundan başqa, dünya finalında ilk 10 yeri tutan startap layihəsi kiçik ideyaların böyük biznesə çevrildiyi 18 aylıq "Climate-KIC Accelerator" proqramına qəbul olunacaqlar. Akselerator proqramında hər bir layihəyə 3 mərhələdə 95,000 avro maliyyə dəstəyi verilir.

Bu ilin qalib ölkəsi növbəti il Grand Finale-a ev sahibliyi edəcək. İntensiv biznes məktəbi olan və təşəbbüskar insanların bir araya gəldiyi beynəlxalq platforma "Climate-KIC” proqramı 2010-cu ildə Avropa Birliyi İnnovasiya və Texnologiya İnstitutu tərəfindən yaradılıb. ClimateLaunchpad proqramın Azərbaycan üzrə rəsmi təşkilatçısı Social Innovation Lab, Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkı (qızıl sponsor), Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə keçirlilir. Layihəyə SUP Accelerator, Next Step İnnovasiya Mərkəzi, Global Startup Hub, Bakı Mühəndislik Universiteti Texnoparkı və Youth Inc Biznes İnkubasiya Mərkəzi də dəstək verir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən "Opensignal” və "Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.
 


 
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol