Ağ Ev rəsmisi: ABŞ Çinlə “iqtisadi müharibə” vəziyyətindədir

ABŞ Çinlə "iqtisadi müharibə” vəziyyətindədir.
anews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidentinin strateji məsələlər üzrə müşaviri Stiven Bennon bəyan edib.
"Biz Çinlə "iqtisadi müharibə” vəziyyətindəyik. İkimizdən birimiz 25 və yaxud 30 ildən sonra hegemon dövlətə çevriləcək. Biz bu yolda ilişib qalsaq, hegemonluq onlara nəsib olacaq. Məğlub olmağa davam etsək, 5-10 ildən sonra bərpası mümkün olmayan həddə çatacağıq”, - deyə S.Bennon qeyd edib.
Avqustun 14-də prezident Donald Tramp Çinin ABŞ-ın intellektual mülkiyyətini mənimsəyib-mənimsəmədiyinə dair təhqiqat aparılması barədə sərəncam verib. Çin, öz növbəsində, rəsmi Vaşinqtonu cavab tədbirləri görəcəyi ilə hədələyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























