Dollar manata nisbətdə yenə ucuzlaşdı

Banklararası ticarətdə dollar manat qarşısında yenidən ucuzlaşıb.
anews.az Fins.az-a istinadən xəbər verir ki, dollar 0,84% ucuzlaşaraq 1.6988 manat olub.
Qeyd edək ki, terminal üzərində son ticarət 1.7158 manat məzənnəsi ilə aparılmışdı.
Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini "Bloomberg" platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks "Bloomberg" ticarət platforması ilə yanaşı, Bloomberg.com saytında da elan olunur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























