• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ilin I yarısı üzrə AÇG blokunda hasilatın həcmi açıqlanıb

Bu ilin I yarısı üzrə AÇG blokunda hasilatın həcmi açıqlanıb
17.08.2017 18:40
AÇG-də hasilat  14 mln. tondan artıq olub.

Bu ilin I yarısında Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasilat ümumilikdə 106 mln. bareldən artıq, yəni 14 mln. tondan artıq olub.

"Report” xəbər verir ki, bu barədə yataqlar blokunun operatoru "BP-Azerbaijan” şirkəti məlumat yayıb.

"İlk altı ay ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Birinci yarım ildə hasilat "Çıraq” platformasından 56 min, "Mərkəzi Azəri”dən 129 min, "Qərbi Azəri”dən 116 min, "Şərqi Azəri” platformasından 77 min, "Dərinsulu Günəşli”dən 120 min və "Qərbi Çıraq” platformasından 87 min barel olmaqla birlikdə – gündə orta hesabla 585 min barel və ya ümumilikdə 106 mln. bareldən artıq, yəni 14 mln. tondan artıq olub. Birinci yarımilin sonunda AÇG-də ümumilikdə 112 neft hasilat quyusu və 48 qaz və su injektor quyusu istismarda olub”,-məlumatda qeyd olunub.

Bu ilin I yarısında yataqlar blokundan ümumi hasilatın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5% az olub.

Birinci altı ay ərzində AÇG-də 11 neft hasilat quyusu, 2 suvurma quyusu qazılıb.

Qeyd edək ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 1995-ci ilin fevralında ABƏŞ yaradılıb. Bu yataqlar blokunun əməliyyatçısı isə ABƏŞ adından çıxış edən BP şirkətidir.

AÇG-də BP (operator - 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "Inpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "Itochu" (4,3%), "ONGC Videsh Ltd." (OVL, 2,7%) şirkətləri iştirak edir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol