ABB-yə borc müqabilində girov qoyulmuş müəssisələrdən biri satılıb

Abşeron rayonunun Novxanı kəndində yerləşən şərab istehsalı müəssisəsi "əl dəyişdirib”
"Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) problemli aktivlərinin idarə edilməsi ilə məşğul olan "Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT) banka borc müqabilində girov qoyulmuş müəssisələrdən birini satıb.
Bu barədə "Report”a BOKT-dan bildirilib.
Məlumata görə, söhbət Abşeron rayonunun Novxanı kəndində yerləşən şərab istehsalı müəssisəsindən gedir. Bununla belə, "Aqrarkredit” müəssisənin kimə və neçəyə satıldığını açıqlamayıb.
BOKT digər girov obyektlərin satışını da davam etdirir. Bunlar Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən "Bakı Fındıq Emalı” zavodu, Binəqədi şosesindəki BOT ayaqqabı fabriki, Zaqatala rayonundakı "Stimul” ticarət və xidmət müəssisəsi, Mingəçevir şəhərində və Şəki rayonunun Daşüz kəndindəki tikinti materialları istehsal edən müəssisələr, Şəki rayonunun Qarasu kəndində yerləşən ət və süd məhsulları istehsalı müəssisəsi, eləcə də Tbilisinin (Gürcüstan) Samqori rayonunda yerləşən beton istehsalı müəssisəsidir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























