• $
  • €
  • ₽
  • ₺
  • £

İlin əvvəlindən işlə təmin edilənlərin sayı açıqlandı

İlin əvvəlindən işlə təmin edilənlərin sayı açıqlandı
21.08.2017 18:20
Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə əlavə olaraq 2173 nəfər işsiz və işaxtaran vətəndaşın münasib işlərlə təminatı həyata keçirilib.

Oanews.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, ümumilikdə cari ilin yanvar-iyul aylarında xidmət tərəfindən 35827 nəfər şəxsin peşə və ixtisaslarına, habelə əmək vərdişlərinə uyğun olaraq idarə, müəssisə və təşkilatlarda vakant iş yerlərində məşğulluğu təmin olunub. Onlardan 8922 nəfəri qadınlar, qalanları kişilərdir. Həmçinin yanvar-iyul aylarında Xidmətin xətti ilə işlə təmin edilənlərin 11121 nəfəri gənclər olub.

Azərbaycan prezidentinin 7 aprel 2016-cı il tarixli "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, 1400 nəfər işsiz və işaxtaran vətəndaşa fərdi təsərrüfatlarının qurulması, beləliklə, onların və ailə üzvlərinin özünüməşğulluğunun təmin olunması üçün aktivlərin (mal və materialların) verilməsi nəzərdə tutulub. Cari ilin fevral ayından bəri onlardan artıq  860  nəfərə, əsasən, kənd təsərrüfatı sahələri üzrə aktivlər təqdim olunub və hazırda bu proses davam etdirilir.

Yanvar-iyul aylarında Dövlət Məşğulluq Xidmətinin Əmək birjaları tərəfindən natamam iş günü və ya natamam iş həftəsi üzrə işləyən, boş vaxtları ərzində əlavə qazanc əldə etmək məqsədilə qısamüddətli iş üçün müraciət edən 1631 nəfər müxtəlif növlərdə müvəqqəti xarakterli işlərlə təmin olunublar.

Qeyd olunan dövrdə nazirliyin xətti ilə 2631 nəfər (o cümlədən nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2476 nəfər və yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən isə 155 nəfər) üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub. Əmək bazarının tələblərinə uyğun peşələr (əməliyyatçı mühasib, avtomobil təmiri üzrə çilingər, kompüter istifadəçisi, qənnadçı, elektrik qaynaqçısı, elektrik montyoru, xalçaçılıq, mebel quraşdırıcısı, dərzi və s.) üzrə təşkil olunan kursları bitirənlərə peşə sertifikatları verilib. 

Bu ilin 7 ayında Xidmətin xətti ilə 62641 nəfər gənc peşəyönümü tədbirlərinə cəlb olunub. Bu tədbirlər zamanı gənclərə əmək bazarının tələbləri əsasında düzgün peşə və ixtisas seçimi etmələri üçün peşəyönümü məsləhətləri verilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol