“Bitcoin” ilin sonuna 6000 dollar olacaq

Dünyanın məşhur kriptovalyutası "Bitcoin”in dəyəri 2017-ci ilin əvvəlindən 350 faiz yüksəlib.
anews.az xəbər verir ki, ilin əvvəlində 1000 dollardan aşağı olan kriptovalyuta bu gün bazar əməliyyatlarında 2.58 faiz bahalaşaraq 4,372.99 dollar olub.
Ekspertlərin rəyinə görə, "Bitcoin”in dəyəri 4,500-8,800 dollar ətrafında dəyişəcək. Bundan sonra ralli davam edəcək.
"Bitcoin”in ilin sonuna qədər 6000 dollara qədər bahalaşacağı fikri irəli sürülür. 2018-ci ildə isə kriptovalyutanın 7500 dollar təşkil edəcəyi bildirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























