“ExxonMobil”in Rotterdamdakı neft emalı zavodunda yanğın baş verib

Yanğın ötən gün axşam saatlarında sexlərin birində başlayıb.
ABŞ-ın "ExxonMobil” şirkətinin Rotterdamda (Niderland) yerləşən Botlek neft emalı zavodunda güclü yanğın baş verib.
"Report” xarici KİV-ə istinadən xəbər verir ki, yanğın ötən gün axşam saatlarında sexlərin birində başlayıb, daha sonra yanğın böyük əraziyə yayılıb.
Səhərə yaxın yanğını söndürmək mümkün olub. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























