“Bitcoin” ucuzlaşdı

Rəqəmsal pul vahidi "Bitcoin” 12 avqustdan bəri ən aşağı səviyyəsinə enib. Belə ki, "Bitcoin” 4 min dollar səviyyəsindən də aşağı düşərək geriləyib.
anews.az bbn.az-a istinadən xəbər verir ki, ABŞ mərkəzli Bitfinex birjasında "Bitcoin” 3.600 dollara qədər düşdükdən sonra 3 925.1 dollara yüksəlib. "Bitcoin” günə 3 998.8 dollardan başlayıb.
Qeyd edək ki, "Bitcoin”in alternativi "Bitcoin Cash” isə 935.50 dollara yüksələrək ilk günkü 210 dollarlıq səviyyəsindən 400% yüksəlib. Mövcud bazar şəraitində "Bitcoin Cash”ın bazar dəyəri 11 milyard dollardır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























