• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycandan Türkiyəyə qaz nəqli 11% artıb

Azərbaycandan Türkiyəyə qaz nəqli 11% artıb
26.08.2017 13:00
Azərbaycan qazının Türkiyənin təbii qaz idxalında payı 16% təşkil edib.

Bu ilin iyun ayında Azərbaycandan Türkiyəyə 575,05 mln. kubmetr təbii qaz nəql edilib.

"Report” Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumuna (EPDK) istinadən xəbər verir ki, Azərbaycan qazının Türkiyənin təbii qaz idxalında payı 15,93% təşkil edib.

Bu ilin iyun ayında Türkiyəyə ixrac olunan Azərbaycan qazının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,77% artıb.

İyunda Türkiyə ümumilikdə 3 609,89 mln. kubmetr qaz idxal edib ki, bu da ötən ilin iyunundan 13,76% çoxdur. Qaz idxalının 3 227,17 mln. kubmetrini (89,40%) boru kəmərləri ilə nəql olunan qaz, 382,72 mln. kubmetrini (10,60%) mayeləşdirilmiş təbii qaz (LNG) təşkil edib. Türkiyə hesabat ayında LNG idxalını 11,16% azaldıb, boru qazının idxalını isə 17,68% artırıb.

İyun ayında Türkiyənin qaz idxalının 1 900,94 mln. kubmetri Rusiyadan, 86,74 mln. kubmetri Nigeriyadan, 133,41 mln. kubmetri Qətərdən, 751,18 mln. kubmetri İrandan, 162,56 mln. kubmetri Əlcəzairdən həyata keçirilib.

Qeyd edək ki, 2001-ci ilin martında Azərbaycanla Türkiyə arasında imzalanan qaz alqı-satqısına dair sazişə əsasən, Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağının "Mərhələ-1" layihəsi çərçivəsində hasil olunan qaz Türkiyəyə ixrac edilir. Azərbaycandan Türkiyəyə qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz boru kəməri ilə nəql olunur. Azərbaycan qazı "Mərhələ-1" layihəsi çərçivəsində Türkiyə bazarına 2007-ci ildə daxil olub. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol