• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan məmuru özünə bahalı ad günü keçirib

Azərbaycan məmuru özünə bahalı ad günü keçirib
28.08.2017 09:55
"Yeni Müsavat” qəzeti Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı haqqında material dərc edib. 

"Qafqazinfo” xəbər verir ki, həmin materialda palata rəhbərinin bir müddət əvvəl özünə dəbdəbəli ad günü ziyafəti təşkil etdiyi qeyd olunur. "...Rüfət Aslanlı xarici ölkələrin birində olarkən oranın ən bahalı və əsasən dünyanın zəngin iş adamlarının tez-tez ziyarət etdikləri adlı - sanlı restoranların birində özünə bahalı ad günü təşkil edib. Yəni bu cür restoranlarda ad günləri və ya bu kimi tədbirləri adətən Türkiyənin və ya dünyanının tanınmış iş adamları təşkil eidr. Restoranın imic baxımından bahalı olması səbəbindən burada hər hansı bir tədbir keçirmək hər insana qismət olmur”.

Xəzərdə bildirilir ki, R.Aslanlı bir neçə saatlıq yeyib-içmək üçün restorana 25 min ABŞ dolları hesab ödəyib. Qeyd olunan hesab restoranın rəsmi qəbzlərində olan rəqəmlərdir: "Azərbaycanlı mentalitetmizi nəzərə alsaq, bu məbləğin 10-20 faiz civarında ofisantların bəxşişlərinin rəsmi olmadığı üçün hesaba qata bilmirik. Amma inanmaq olmur ki, zəngin həyat tərzinə alışqan olan Aslanlı bədxərclik edib ofisantlara bəxşiş verməsin”.

Qəzet onu da bildirib ki, ad günü İstanbulun ən dəbdəbəli istirahət məkanlarından hesab olunan "Sunset" restoranında olub. Restoranın VİP məkanlardan biri ünlü sənətçi Sibel Can tərəfindən kirayələnibmiş: "Ancaq R. Aslanlı restoran inzibatçısına cəlbedici təklif edərək həmin məkanda dostları ilə ürəyi istədiyi kimi əylənməyə müvəffəq olub. Həmin cəlbedici təklif də bahalı "Petrus" şərbalarının sifariş edilməsi olub və restoran rəhbərliyi belə səxavətli müştərinin cəlbedici təklifinə "yox" deyə bilməyib”.

Xatırladaq ki, Azərbaycanın maliyyə siyasətinə nəzarət edən R. Aslanlı son vaxtlar daha çox dəbdəbəli həyatı ilə gündəmdədir. Sonuncu olaraq isə o öz adına bahalı şərab markasına verib. "Grand Vin de Bordeux” şirkəti tərəfindən istehsal edilən Maison şərabının şüşəsinin Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlının şərəfinə buraxıldığı yazılır. Adıçəkilən şərab şüşəsinin etiketində "Maison d'Aslanli” yazısı qeyd olunub. Bundan başqa etiketdə azərbaycanlı məmurun imzası görmək mümkündür.

Məlumata görə, Rüfət Aslanlı nadir və kolleksiya şərablarının həvəskarıdır. Həmin şərabların 3 min avrodan 5 min avroya qədər dəyəri var. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol