• $
  • €
  • ₽
  • ₺
  • £

Qlobal bazarlardan bu həftə 5 vacib iqtisadi xəbər gözlənilir

Qlobal bazarlardan bu həftə 5 vacib iqtisadi xəbər gözlənilir
28.08.2017 20:20
Əsas iqtisadi göstəricilərin ABŞ-da açıqlanması gözlənilir.

Bu həftə qlobal maliyyə bazarlarında 5 vacib iqtisadi xəbər gözlənilir. 

"Report"un məlumatına görə, sentyabr ayının 1-də ABŞ-da məşğulluq göstəricisi açıqlanacaq. 

Analitiklərin proqnozlarına görə, kənd təsərrüfatı sektoru istisna olmaqla, avqust ayında yeni iş yerlərinin sayının 183 min nəfər artması gözlənilir. Bununla yanaşı, sentyabrın 1-də açıqlanacaq işsizlik göstəricisinin iyul ayı səviyyəsində, yəni 4,3%-də qalması ehtimal edilir. Əsas diqqət isə ABŞ-da 1 saatlıq əmək haqqı məbləğinin artımına yönələcək. Analitiklər avqustda bu göstəricinin 0,2% artacağını proqnozlaşdırırlar. Qeyd edək ki, iyulda həmin göstərici 0,3% artıb. Avqust ayında əmək haqları proqnozları üstələyərsə, bu durumda FED-in il sonuna qədər faizləri artırması ehtimalları güclənər və bu, dolların möhkəmlənməsinə gətirib çıxarar.

Həftənin ikinci önəmli iqtisadi xəbəri ABŞ-da II rüb ÜDM-in son variantının açıqlanması olacaq. 

Göstəricinin ilkin variant olan 2,6%-i üstələməsi və 2,7% olması gözlənilir. Həmçinin, bu həftə ABŞ-da fiziki şəxslərin gəlir və xərcləri, şəxsi istehlak xərclərinin baza indeksi, istehsal sektorunda işgüzar fəallıq indeksi, istehlakçıların inam indeksi və avtomobil satışı göstəriciləri açıqlanacaq.

Avqustun 29-da avrozona iqtisadiyyatının avqust ayı üzrə inflyasiya göstəricisi açıqlanacaq. 

Göstəricinin 1,4% oması ehtimal edilir ki, bu da iyul ayında olan 1,3% artım göstəricisindən bir qədər çox, lakin hədəf 2%-dən aşağıdır.

Böyük Britaniyada sentyabrın 1-də istehsal sektorunun fəallıq hesabatı açıqlanacaq. Analitiklər bu göstəricinin cüzi azalaraq 55 bənd təşkil edəcəyini ehtimal edirlər.

Avqustun 31-də Çində istehsal sektorunun işğüzar fəallıq indeksi açıqlanacaq. Bu göstəricinin bir qədər azalaraq 51,3 bənd təşkil edəcəyi gözlənilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol