• $
  • €
  • ₽
  • ₺
  • £

AccessBank-ın “Bu yay üzünüzə güləcək” lotereyası uğurla başa çatdı

AccessBank-ın “Bu yay üzünüzə güləcək” lotereyası uğurla başa çatdı
31.08.2017 11:35
İsti yay günlərində Aralıq dənizi sahillərində istirahət etməyi xəyal edənlər, çoxdandır istifadə etdikləri telefonu yeni iPhone 7 ilə əvəz etmək arzusunda olanlar, sevimli videoları kompüterdə deyil rahat planşetdə izləmək istəyənlərin üzləri bu yay AccessBank-la güldü J

AccessBank-ın müştərilərini bu yay intizarda saxlayan "Bu yay üzünüzə güləcək” adlı lotereya başa çatdı. Lotereyada Antalyaya 2 nəfərlik səyahət, 2 ədəd Apple iPhone 7 smartfonu və 4 ədəd Samsung Galaxy planşeti oynanılırdı. 

2 ay davam edən lotereyanın 2-ci tirajının qalibləri kənardan dəvət olunan şəxslərdən ibarət müstəqil komissiyanın müşahidəsi ilə bu gün bankın Baş ofisində müəyyən olundu. 2-ci tirajın nəticələrinə əsasən bu dəfə də bankın 7 Mastercard ödəniş kart sahibi dəyərli hədiyyələri qazandılar.

Qaliblərin müştəri kodları və qazandıqları hədiyyələr haqqında məlumatı Bankın rəsmi internet səhifəsindən əldə edə bilərsiniz.

Xatırladaq ki, lotereyada iştirak etmək və hədiyyələri qazanmaq üçün ölkə ərazisində və ya xaricində yerləşən istənilən ticarət-xidmət müəssisələrində, həmçinin, İnternet üzərindən məhsullar və ya xidmətlər üzrə 21 iyul – 20 avqust tarixləri ərzində nağdsız şəkildə əməliyyat etmək tələb olunurdu.

AccessBank-ın Rəqəmsal Bankçılıq üzrə İcraçı Direktoru Səbinə Qurbanovanın sözlərinə görə, lotereyanın keçirilməsində əsas məqsəd respublikamızda nağdsız ödənişlər sisteminin inkişafına töhfə vermək idi. "Biz şadıq ki, yayın əvvəlində başladığımız bu lotereya müştərilərimiz arasında böyük maraqla qarşılandı. Lotereyanın nəticələrinə əsasən bankın yeni kart müştəriləri və kartlar üzrə dövriyyə xeyli artmışdır. Biz bütün qalibləri təbrik edirik və bildirmək istəyirik ki, gələcəkdə də müştərilərimizi yeni kampaniya və lotereyalar ilə sevindirməyə davam edəcəyik.”

Lotereya ilə bağlı daha ətraflı məlumatı Bankın rəsmi internet saytından, Facebook və twitter səhifələrindən, eləcə də 151 - Ümumi Məlumat Mərkəzindən əldə etmək mümkündür. 
 






www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol