• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” qadın voleybolçular arasında Avropa çempionatının rəsmi telekommunikasiya tərəfdaşı seçildi

“Nar” qadın voleybolçular arasında Avropa çempionatının rəsmi telekommunikasiya tərəfdaşı seçildi
31.08.2017 16:06
"Nar” 20 sentyabr-1 oktyabr 2017-ci il tarixləri arasında Azərbaycan və Gürcüstanda keçiriləcək qadın voleybolçular arasında 2017-ci il Avropa çempionatının final mərhələsinin rəsmi telekommunikasiya tərəfdaşı seçildi. Mobil operator eyni anda Bakı və Göygöl şəhərləri, eləcə də Gürcüstanın paytaxtı Tiflis şəhərində təşkil ediləcək voleybol üzrə Avropa çempionatının təşkilatçıları və iştirakçılarını mobil rabitə – zəng və məlumatların ötürülməsi (data) xidmətləri ilə təmin edəcək, eləcə də yarışlara texnoloji dəstək xidməti sahəsində aparıcı provayder rolunu oynayacaq.

Qeyd edək ki, iki il öncə Azərbaycanda keçirilən ilk Avropa Oyunları və bu ilin may ayında respublikada təşkil edilən IV İslam həmrəyliyi oyunlarının telekommunikasiya tərəfdaşı olmuş "Nar” ölkədə həyata keçirilən mötəbər idman layihələrinin tərəfdaşı kimi böyük təcrübə qazanmışdır. Qadın voleybolçular arasında 2017-ci il Avropa çempionatının final mərhələsinin telekommunikasiya tərəfdaşı olaraq "Nar”-ın peşəkar əməkdaşları yarışların əməliyyat komitəsini yüksəkkeyfiyyətli xidmətlə təmin etməyi hədəfləyirlər. "Nar” bu növbəti idman bayramının Azərbaycana daha bir uğur gətirəcəyindən əmin olmaqla, bu uğurun qazanılması üçün əmək sərf etməkdən qürur duyduğunu ifadə edir.

"Azerfon” şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə abunəçilərə yüksəkkeyfiyyətli xidmət göstərir.

"Nar”-ın kampaniya, məhsul və layihələri haqqında nar.az internet səhifəsindən ətraflı məlumat almaq olar.
 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol