• $
  • €
  • ₽
  • ₺
  • £

Rüfət Aslanlının dostunun “erməni sevgisi“

Rüfət Aslanlının dostunun “erməni sevgisi“
31.08.2017 19:13
Son illər maliyyə böhranı ilə əlaqədar ölkə banklarında müxtəlif dəyişikliklər baş verir, bəzi banklar bir-biri ilə birləşdirilir. Maliyyə böhranından əvvəl yol verilən qanun pozuntuları, mənimsəmələrin nəticəsi olaraq devalvalsiyadan sonra bank sektorunun çökməsinə gətirib çıxartdı. Nəticədə bir çox banklar müflis oldu, bəziləri birləşdirildi. Dövlət tərəfindən görülən tədbirlərə baxmayaraq bank sektorunda problemlər hələ də qalmaqdadır.


Aparılan islahatlardan sonra sektorun dirçəlməsi gözlənilsə də, bəzi bank rəhbərlərinin yarıtmaz iqtisadi-menecer siyasəti sektorun çöküşünü sürətləndirir. Belə banklardan biri də "Nikoil Bank"dır.

Bu barədə verilən məlumatda iddia olunur ki, "Nikoil Bank"ın yeni rəhbəri Nikoloz Şurqaia rəhbərliyə gəldiyi gündən yerli işçilərə qarşı qeyri-insani rəftar nümayiş etdirir. Bank rəhbərinin yerli işçiləri "gözümçıxdı"ya salması narazılıqların yaranmasına səbəb olub. 

Bildirilir ki, Nikoloz Şurqaianı bu vəzifəyə dostu, daimi məclislərdə bir yerdə olduğu Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı gətirib. İngiltərədə yaşayan gürcü əsilli Nikoloz Şurqaianın Rüfət Aslanlı ilə Londonda tanış olduğu bildirilir. 

Maraqlı bir məqam isə bank rəhbərinin "Facebook" sosial şəbəkəsində ermənilərlə yaxından dostluq eləməsidir. Amma bu dostluq təkcə sosial şəbəkə ilə bitmir. İddiaya görə "Nikoil Bank"ın rəhbəri səfər etdiyi Avropa ölkələrində ermənilərlə tez-tez məclislərdə olur. Əslində xarici bir vətəndaşın ermənilərlə dostluq etməsinin, yazışmalarının bizə dəxli yoxdur. Amma Nikoloz Şurqaia Azərbaycanda çalışır, Azərbaycan isə Ermənistanla müharibə vəziyyətindədir. Onun yazışdığı ermənilərin əksəriyyəti Azərbaycana qarşı radikal münasibət nümayiş etdirir, ölkəmizə qarşı anti-təbliğat aparırlar. Yəni Azərbaycanın çörəyini yeyib, ölkəmizin əleyhinə danışan ermənilərlə dostluq etmək heç də yaxşı hal deyil.

Məlumatda bildirilir ki, Nikoloz Şurqaia Azərbaycana, xalqımızın adət-ənənələrinə, faciələrinə də biganə münasibət bəsləyir. Ona bu günə dək 20 Yanvar və Xocalı faciəsi günlərində, digər əhəmiyyətli günlərdə Şəhidlər Xiyabanını, Fəxri Xiyabanı ziyarət etmək təklif olunub. Amma gürcü bank rəhbəri həmişə bundan imtina edib, ziyarətə işçilərini göndərməklə kifayətlənib. Nikoloz Şurqaianın ölkəmizə qarşı biganəliyinin, hörmətsiz münasibətinin səbəbini isə bilən yoxdu.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. (azfakt.com)
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol