• $
  • €
  • ₽
  • ₺
  • £

Kənd Təsərrüfatı Nazirliyi “Caspian American Forum Baku – 2017”ni rəsmi şəkildə dəstəkləyir

Kənd Təsərrüfatı Nazirliyi “Caspian American Forum Baku – 2017”ni rəsmi şəkildə dəstəkləyir
05.09.2017 15:38
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi dekabrın 8-də Bakıda keçiriləcək "Caspian American Forum – 2017”yə rəsmi dəstək verəcək. Bu barədə Azəbaycan kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin Caspian American Club rəhbərliyinin adına ünvanlanmış rəsmi cavab məktubunda qeyd olunub. Məktubda həmçinin bildirilir ki, forumda nazirliyin rəhbərliyinin iştirakı planlaşdırılır.

Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev "Caspian American Forum Baku – 2017”də Şimali və Cənubi Amerika, həmçinin Xəzər-Qara dəniz, Aralıq dənizi və Baltik regionu dövlətlərini təmsil edən şirkətlərin 300-dən artıq nümayəndəsinin iştirak edəcəyini qeyd edib. O bildirib ki, sözügedən forum Xəzər regionu, Şimali və Cənubi Amerika ölkələrinin şirkət və bazarlarının biznes-dialoqunun, ticari əlaqələrinin, əməkdaşlığın yeni istiqamətlərinin stimullaşması üçün informasiya meydanı rolunu oynayacaq.

Forumun birinci sessiyası enerji və neft-qaz layihələrinin müzakirəsinə, həmçinin alternativ enerjinin inkişafına həsr olunacaq.

Forumun ikinci sessiyasında qeyri-neft sektorunun, xüsusilə maliyyə, nəqliyyat, aqrosənaye, turizm, inşaat və İKT-nin bu gün üçün aktual olan layihələrinə toxunulacaq.

Forumda iştirak üçün bu link vasitəsilə qeydiyyatdan keçin: //caspianenergyforum.com/american/index.php/en/

Telman Əliyev həmçinin əlavə edib ki, "Caspian American Forum Baku – 2017”nin keçirildiyi ərəfədə - noyabrın 11-də Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin rəsmi nümayəndələrinin də iştirak edəcəyi "Caspian Energy Agro-industry and FMCG Forum” təşkil olunacaq.

* Material, informasiya, məqalələrin dərci, video və audio süjetlərin hazırlanması zamanı Caspian European Club və Caspian American Club-un tədbirinə istinad etmək mütləqdir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol