• $
  • €
  • ₽
  • ₺
  • £

Kremençuq zavodu üçün 83 min ton Azərbaycan nefti çatdırılıb

Kremençuq zavodu üçün 83 min ton Azərbaycan nefti çatdırılıb
05.09.2017 19:20
Neftlə yüklənmiş tanker Ceyhan limanından yola salınıb.

Sentyabrın 2-də Kremençuq Neft Emalı Zavodu (NEZ) üçün nəzərdə tutulan 83,3 min ton həcmində Azərbaycan nefti ilə yüklənmiş Malta bayrağı altında üzən "Waikiki” tankeri Odessa limanına (Qara dəniz, Ukrayna) daxil olub.

"Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukraynanın Dəniz Limanları Administrasiyasından bildirilib.

Məlumatda deyilir ki, Azərbaycan nefti ilə yüklənmiş tanker Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) yola salınıb. Sentabrın 4-də yükün boşaldılması başa çatıb, bu gün isə tanker limanı tərk edib. Avqust ayına kimi Azərbaycan nefti Kremençuq zavodu üçün Supsa limanından (Gürcüstan, Qara dəniz) yola salınıb.

Qeyd edək ki, bu il Kremençuq NEZ-ə 1,3 mln. ton həcmində Azərbaycan neftinin nəqli nəzərdə tutulur. 

"Ukrtatnafta” (Zavodun operatoru) Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Kremençuq zavodunda emal üçün illik həmin həcmdə xam neft tədarükü ilə bağlı saziş imzalayıb. Bu çərçivədə "Ukrtransnafta” Odessa-Kremençuq neft kəmərini Azərbaycan nefti ilə doldurub. Zavoda ildə 1,3 mln. ton olmaqla 3 il müddətinə 4 mln. ton həcmində Azərbaycan nefti nəql olunacaq.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol