• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell müştəriləri arasında I Futbol Turnirinə start verir

Azercell müştəriləri arasında I Futbol Turnirinə start verir
12.09.2017 16:35
Mobil operator xidmət göstərdiyi şirkətlər üçün ilk həvəskar idman yarışmasını təşkil edir

Azercell Telekom tərəfindən ölkəmizdə idmanın inkişafına, eləcə də, sağlam həyat tərzinin təbliğinə dair çoxlu sayda müxtəlif layihələrin keçirilməsi hamıya məlumdur. Bu dəfə isə, şirkət öz korporativ abunəçiləri üçün maraqlı və faydalı bir təşəbbüslə çıxış etdi. Belə ki, lider mobil operator Azercell Kuboku uğrunda Korporativ Müştərilər arasında I Futbol Turnirinə başlayıb. Sentyabrın 8-də çempionatda iştirak edəcək komandaların nümayəndələrinin də iştirak etdiyi mərasimdə Turnirinin püşkatma mərasimi keçirilib və turnirin reqlamenti açıqlanıb. Beləliklə, 12 komandadan ibarət çempionat qrup mərhələsindən (yəni 5 oyundan), 14 final, yarımfinal və final oyunlarından ibarət olacaq.

Oyunlar 11 sentyabrdan etibarən bazar ertəsi, çərşənbə axşamı, cümə axşamı və cümə günləri saat 19.00-da Azercell Telekomun baş ofisinin futbol meydançasında keçiriləcək. Gündə 3 oyunun keçirilməsi planlaşdırılan turnir 1 ay ərzində davam edəcək. Turnirdə Kapital Bank, North West Construction, Xəzər Media, Unibank, Sumqayıt Texnologiyalar Parkı, Gilan Holding, TOPAZ, Azərtexnolayn, Azeri M-İ, AA Services, Coca-Cola kimi nüfuzlu şirkətlərin nümayəndələri iştirak edir.

Qeyd edək ki, Azercell fəaliyyəti boyunca həm cəmiyyətimizin müxtəlif yaş, peşə və sağlamlıq kateqoriyalarından olan insanlar, həm də öz əməkdaşları arasında dəfələrlə bu cür sosial təşəbbüslərə imza atıb. Şirkət əməkdaşları bir çox hallarda müxtəlif rəsmi və biznes strukturların təşkil etdiyi futbol yarışmalarında qalib olub. Təsadüfi deyil ki, ölkəmizdə idmanın inkişafına, sağlam həyat tərzinə yönəlik layihələrin hər zaman yanında olan şirkət sentyabrın 17-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək "Gəncə Marafonu - 2017” layihəsinin də eksklüziv tərəfdaşıdır.

Şirkət Azercell Kuboku uğrunda keçirilən I Futbol Turnirində göstərdiyi dəstəyə görə Xəzər Televiziyası və Coca-Cola şirkətinə xüsusi təşəkkürünü bildirir, iştirak edən bütün komandalara uğurlar diləyir və bu turnir nəticəsində komandaları təmsil edən şirkətlər arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə ümid edir!
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol