• $
  • €
  • ₽
  • ₺
  • £

Bitkoin bir gündə 18%, ay ərzində isə 35% ucuzlaşıb

Bitkoin bir gündə 18%, ay ərzində isə 35% ucuzlaşıb
15.09.2017 20:40
Bitkoinin qiymətində ucuzlaşmanın 2000 dollara qədər davam edəcəyi proqnozlaşdırılır.

Bitkoinin qiyməti dünən 711 dollar və ya 18% ucuzlaşaraq 3 206 dollara qədər geriləyib. Sentyabr ayının əvvəlindən etibarən isə ucuzlaşma 35% təşkil edib. "Report" xəbər verir ki, sentyabrın 3-də bitkoin tarixi maksimum qiymətə - 4 996 dollara satılıb.

Qiymətlərin kəskin düşməsinə səbəb kimi dünən Çinin kriptovalyuta birjası - "BTCChina"nın sentyabrın 30-dan etibarən fəaliyyətini dayandıracağı ilə bağlı xəbərlər olub. Birjadan verilən məlumatda bildirilir ki, fəaliyyətinin dayandırılması Çin hökumətinin sentyabrın 4-də verdiyi sərəncamla bağlıdır. Belə ki, Çin hökuməti kriptovalyutaların ilkin emissiyasına (IPO) qadağa qoyacağını açıqlayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ-ın nüfuzlu "JPMorgan" bankının baş icraçı direktoru Cemi Dimon (Jamie Dimon) bitkoinin "saxta" maliyyə vasitəsi olduğunu və yaxınlarda bunun ifşa olaraq dağılacağını bildirib. Nəticədə, hər iki xəbər bitkoinin kəskin ucuzlaşmasına gətirib çıxarıb.

"Report"un analitik qrupu bitkoinin qiymətində ucuzlaşmanın 2 000 dollara qədər davam edəcəyini proqnozlaşdırır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol