• $
  • €
  • ₽
  • ₺
  • £

Neft yenidən ucuzlaşacaqmı?

Neft yenidən ucuzlaşacaqmı?
18.09.2017 23:55
"Brent markalı neftin bir bareli dünya bazarında 55 dollardan baha satılır. Neftin bahalaşması gündəlik qlobal hasilatın ötən ay 720 min barel azalaraq 97.7 milyon barelə düşməsi və Harvey qasırğası nəticəsində ABŞ-da istehsalın azalması ilə bağlıdır".

Bunu Oxu.Az-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov bildirib. O deyib ki, dolların aparıcı valyutalara nisbətən dəyərsizləşməsi də neftin qiymətinin yüksəlməsinə təsir edən faktorlardan hesab edilir: "Qlobal hasilatın azalması daha çox Liviyadakı sosial narazıllq ilə bağlı olsa da, OPEK-in də hasilatın azaltması siyasətini davam etdirməsi müşahidə edilməkdir. Belə ki, OPEK avqust ayında əvvəlki ayla müqayisədə gündəlik hasilatı 30.113 milyon bareldən 30.004 milyon bareldək azaldıb və təşkilat hasilatın azaldılması ilə bağlı gələn ilin martında müddəti bitəcək anlaşmanı zamanını uzatmaqla bağlı artıq indidən danışıqlara başlayıb. Bununla belə, hələlik neftin dünya bazarında kəskin qiymət artımları proqnozlaşdırılmır. ABŞ-da qasırğanın ziyan vurduğu quyularda nefti hasilatı yenidən bərpa edilir. Həftə ərzində Birləşmiş Ştatların əvvəlki hasilatı bərpa edəcəyi gözlənilir. Bu isə o deməkdir ki, son həftələr yüksələn neftin dünya bazar qiymətinin yenidən aşağı düşəcəyi daha çox ehtimal olunandır. Neftin bir barelinin qiymətinin 50 dollar intervalında dəyişməsinin OPEK üçün də məqbul olduğunu nəzərə alsaq şirkətlər indi kəskin qiymət artımları deyil, mövcud qiymət səviyyəsini qorumaqda daha maraqlıdırlar".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol