Dövlət büdcəsinin layihəsi hökumətə təqdim olundu

2018-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələri, habelə növbəti üç il üçün icmal büdcənin göstəriciləri Nazirlər Kabinetinə təqdim olunub.
Bu barədə Oxu.Az-a Maliyyə Nazirliyindən məlumat verilib.
"Büdcə sistemi haqqında” qanuna və "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi layihəsinin hazırlanması ilə bağlı” Nazirlər Kabinetinin 2017-ci il 25 yanvar tarixli sərəncamına uyğun olaraq, 2018-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələri, habelə növbəti üç il üçün icmal büdcənin göstəriciləri 2017-ci il 15 sentyabr tarixində Nazirlər Kabinetinə təqdim olunub”, - deyə məlumatda vurğulanıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























