• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell “Gəncə Marafonu - 2017-nin eksklüziv tərəfdaşı

Azercell “Gəncə Marafonu - 2017-nin eksklüziv tərəfdaşı
18.09.2017 15:00
Şirkətin rəsmi dəstəyi ilə yanaşı, onlarla Azercell əməkdaşı da marafona qatılaraq 17 km-lik yürüş etdi.

Ölkəmizdə hər zaman idmanın inkişafına, sağlam həyat tərzinə yönəlik layihələrin carçısı olmuş Azercell Telekom sentyabrın 17-də Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin (RİİB) təşəbbüsü və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan "Gəncə Marafonu - 2017” layihəsinin eksklüziv tərəfdaşı qismində çıxış etdi. Azərbaycanın qədim mədəniyyət incisi Gəncə "Tarixlə addımla!” şüarı altında regionlar arasında keçirilmiş marafona ev sahibliyi edən ilk şəhər oldu. Müxtəlif ölkələrdən olan 11 min iştirakçını əhatə edən Marafon Gəncə şəhərində yerləşən "Zəfər Tağı”ndan start götürərək Heydər Əliyev adına park kompleksinə qədər 17 kilometrlik məsafəni əhatə etdi.

Şirkət prezidenti Vahid Mürsəliyev başda olmaqla 60-a yaxın Azercell əməkdaşının da qoşulduğu bu layihənin missiyası Azərbaycanın idman tarixində yeni mədəniyyət yaratmaqdır. Layihə regionlarda idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini, eləcə də Azərbaycanın ayrı-ayrı bölgələrindən olan müxtəlif yaşda insanlar arasında xeyirxah amallar naminə həmrəylik ideyalarını təbliğ etmək məqsədi daşıyır. Marafon insanların kütləvi və mütəmadi şəkildə idmanla məşğul olduğu cəmiyyətdə ictimai birlik hissini də yaradır.

Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell bu cür sosial layihələrə dəstək olmaqla bütün abunəçilərini, və bütövlükdə, ölkəmizdə yaşayan insanları sağlam həyat tərzinə səsləyir.
 







www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol