• $
  • €
  • ₽
  • ₺
  • £

“Slack”ın dəyəri 5,1 milyard dolları keçdi

“Slack”ın dəyəri 5,1 milyard dolları keçdi
18.09.2017 19:40
İşgüzar yazışmalar üçün "Slack” messenceri növbəti maliyyələşmə mərhələsində 5,1 milyard dollar dəyərində qiymətləndirilib.

anews.az xəbər verir ki, bu barədə lent.az "Financial Times”a istinadən məlumat yayıb.

Qeyd edilir ki,korporativ çat xidməti bu sahədə ən bahalı startaplardan biri olub.

Son maliyyələşmə zamanı xidmət 250 milyon dollar cəlb edib. İnvestisiyaların böyük hissəsi Yaponiyanın "SoftBank” qrupuna aid "Vision Fund”dan gəlib. Ümumilikdə fəaliyyətdə olduğu dövr ərzində "Slack” 841 milyon dollar cəlb edib ki, bu da onu öz sahəsinin ən bahalı startaplarından birinə çevirib.   

Ötən maliyyələşmə raundu zamanı – apreldə "Slack” 3,8 milyard dollar həcmində dəyərləndirilib. Şirkətin icraçı direktoru Stüart Batterfild xidmətin dəyərinin hər il 100% artdığını bildirib. Ötən həftə şirkət 200 milyon dollar illik gəlir əldə etdiyi barədə hesabat verib.

Qeyd edək ki, "Microsoft” özünün "Teams” messencerini istifadəyə verib. Bu messencer "Slack”a rəqib olacaq.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol