• $
  • €
  • ₽
  • ₺
  • £

“Abşeron” yatağından ilkin qazın hasilatı 2019-cu ilin sonuna planlaşdıırlır

“Abşeron” yatağından ilkin qazın hasilatı 2019-cu ilin sonuna planlaşdıırlır
19.09.2017 13:20
Yataqda kəşfiyyat qazması ilin sonundan davam etdiriləcək.

Bu ilin sonundan Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron” qaz-kondensat yatağında kəşfiyyat qazması davam etdiriləcək.

"Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə rəsmi mətbuata bildirib.

Onun sözlərinə görə, qazma işləri Heydər Əliyev adına yarımdalma qazma qurğusundan həyata keçiriləcək.

"Hazırda Hasilatın Pay Bölgüsü sazişi üzrə podratçı ("Total" şirkəti)  tərəfindən "Abşeron” yatağının İşlənmə Proqramı hazırlanır”, - deyə o, qeyd edib. 

X.Yusifzadənin sözlərinə görə, bu ilin noyabrında İşlənmə Proqramının SOCAR-a təqdim edilməsi nəzərdə tutulur. Yataqdan ilkin qazın hasilatı isə 2019-cu ilin sonuna planlaşdıırlır.

Xatırladaq ki, "Abşeron" qaz-kondensat yatağı Xəzər dənizində, "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir. SOCAR-ın qiymətləndirmələrinə görə, yatağın potensial ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat təşkil edir. "Abşeron" layihəsində "Total" (operator - 40%), SOCAR (40%) və "Engie" (20%) iştirak edir.

Abşeron” yatağının I fazasından 1,5 mlrd. kubmetr qaz, 2022-2023-cü illərdə isə II fazadan 5 mlrd. kubmetr qaz hasilatı nəzərdə tutulur.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol