• $
  • €
  • ₽
  • ₺
  • £

“Şahdəniz 2” platformalarının ikinci üst tikililəri dənizdə quraşdırılıb

“Şahdəniz 2” platformalarının ikinci üst tikililəri dənizdə quraşdırılıb
21.09.2017 15:00
Üst tikililər Bibiheybətdəki "Azfen” tikinti-quraşdırma sahəsindən Xəzər dənizindəki "Şahdəniz” kontrakt sahəsinə yola salınıb.

Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz” yatağının işlənməsinin II mərhələsi layihəsi üçün inşa olunan ikinci üst tikililər, yəni Hasilat və Dikborular (HDB) platformasının üst tikililəri dənizə yola salınaraq, dənizdə öz yerinə quraşdırılıb.

"Report” xəbər verir ki, bu barədə yatağın operatoru olan "BP-Azerbaijan” şirkəti məlumat yayıb.

Bundan əvvəl iyun ayının əvvəllərində Yaşayış Blokları və Texnoloji Təchizat (YBTT) platformasının üst tikililəri təhlükəsiz qaydada və müvəffəqiyyətlə dənizə yola salınaraq öz yerinə quraşdırılmışdı. 

Məlumatda deyilir ki, tikintisi qrafiki qabaqlayaraq başa çatdırılmış HDB platformasının üst tikililəri sentyabrın 15-də Bibiheybətdəki "Azfen” tikinti-quraşdırma sahəsindən Xəzər dənizindəki "Şahdəniz” kontrakt sahəsinə yola salınıb. Bundan əvvəl, üst tikililər avqustun 6-da tikinti-quraşdırma sahəsinin yanalma körpüsündəki yükləmə çərçivəsinə qaldırılıb və 9 sentyabr tarixində isə dənizə yola salınmağa hazırlıq məqsədilə STB-1 daşıma barjına yüklənib.

Üst tikililərinin vahid bir konstruksiya kimi daşınması, sürüşdürmə üsulu ilə dayaq blokunun üzərinə yerləşdirilməsi, montajı və quraşdırılması işləri diqqətlə planlaşdırılıb və 6 gün ərzində tamamlanıb. Üst tikililər suyun 94 metr dərinliyində artıq öz yerində olan HDB dayaq blokunun üzərinə quraşdırılıb.

HDB platformasının üst tikililərinin çəkisi təxminən 15800 ton təşkil edir və onun uzunluğu 100 metr, eni isə 60 metrdir. Bu konstruksiya 133 metr uzunluğunda olan məşəl oxundan, 10 axın xətti qəbuletmə qurğusundan, beş hasilat separatorundan, iki buxarlanan qazlar kompressorundan və üç hasilatın ixracı xəttindən ibarətdir.

AMEK-Tekfen-Azfen (ATA) konsorsiumu tərəfindən inşa edilmiş HDB platformasının üst tikililəri "Azfen” tikinti-quraşdırma sahəsində yerli infrastrukturdan və obyektlərdən istifadə etməklə bütövlüklə ölkə daxilində tikilib. Bu konstruksiyanın tikinti işlərinə subpodratçılar və ixtisaslaşmış təchizatçılar da daxil olmaqla 5000 nəfərdən çox insan cəlb edilib və bu işçi qüvvəsinin təxminən 90%-i Azərbaycan vətəndaşları olub.

BP-nin layihələr üzrə vitse-prezidenti Yuan Dramond bildirib ki, HDB platformasının üst tikililərinin dənizə yola salınması və dənizdə təhlükəsiz şəkildə quraşdırılması layihə üçün çox mühüm mərhələdir: 

"Belə ki, bununla dəniz qurğularının hazırlanması işləri başa çatır. Biz nəhəng "Şahdəniz Mərhələ 2” layihəsinin tamamlanmasına və növbəti ildə ilk qazın çatdırılmasına dəstək olmaq üçün dənizdə yekun quraşdırma işlərinin təhlükəsiz şəkildə və vaxtında yerinə yetirilməsindən məmnunluq duyuruq. 

Məmnuniyyətlə qeyd etməliyəm ki, layihə qrafikə tam uyğun şəkildə və planlaşdırılmış büdcədən az məsrəflə irəliləyir. Bu mərhələyə əməyin təhlükəsizliyi üzrə yüksək göstəricilərlə çatmaq üçün öz zəhmətini əsirgəməmiş hər kəsə təşəkkürümü bildirmək istəyirəm.” 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol