• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank “Ən Güvənli Bank” adına layiq görülüb

Kapital Bank “Ən Güvənli Bank” adına layiq görülüb
25.09.2017 12:11
Məşhur Global Finance jurnalı dünyanın ən güvənli və təhlükəsiz ("Safest Bank”) banklarını müəyyən edib. O cümlədən Azərbaycandan "Ən Güvənli Bank” olaraq Kapital Bank-ı seçib.
 
Sorğuda iştirak edən banklar Moody’s, Standard & Poor’s və Fitch Ratings kimi Beynəlxlaq Reytinq Agentliklərinin uzun müddətli xarici valyuta qiymətləndirmələri, həmçinin aktivlərinin həcminə əsasən seçiliblər.
 
"Artıq 20 ildən çoxdur ki, Global Finance jurnalı inkişaf edən bazarlarda bank sektorunun ən yaxşı nümayəndələrini seçir. Qalibin seçim meyarları aktivlərin artımının qiymətləndirilməsi, gəlirlik səviyyəsi, strateji əlaqələrin mövcudluğu, müştəri xidmətlərinin keyfiyyəti, hər bir ölkənin bankçılıq sahəsində mövcud qaydaları və hər bir ölkənin özünəməxsus risk və resursları nəzərə alınmaqla hazırlanıb. "Ən güvənli bank” adına layiq görülməyimizdən qürur duyuruq və bundan sonra da müştəri məmnuniyyətinə üstünlük verərək, inkişaf edəcəyik”, - deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Hüseynov bildirib.
 
Sorğuda Afrika, Asiya, Mərkəzi və Şərqi Avropa, Latin Amerika, Yaxın Şərq, Şimali Amerika və Qərbi Avropa ölkələrinin 1000-dək bankı iştirak edib və yalnız 50 bank bu nominasiyaya layiq görülüb.
 
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol