Unibank komandası ekstremal yarışın qaliblərindən oldu

Unibank
komandası ölkəmizdə ilk dəfə keçirilən maneəli
ekstremal "Mübarizlər” yarışında ən yaxşı nəticə göstərən 5 komandadan biri
olub. Azərbaycan və Rusiya Fövqəladə Hallar Nazirliklərinin, AR Milli
Olimpiya Komitəsinin birgə layihəsi olan yarışmada iştirak edən 50-dən
artıq şirkət komandası içərisində,
Unibank komandası korporativ sektor təmsilçiləri
üzrə birinci yeri tutub. Komandanın təlimçisi Hakim İbrahimov 40-dan çox maneəni, 7 km məsafəni
fəth etməklə, finişə çatmaq uğrunda mübarizə aparılan yarışda əldə olunan yüksək
nəticəni güclü komanda ruhunda görür: "Burda həm psixoloji, həm də fiziki güc tələb
edən manelər var idi. Unibank komandası yarışlara var gücü ilə
hazırlaşırdı. Nəzərə alsaq ki, ilk dörd
yeri tutan komandalar hamısı peşəkar idmançılardır, onda həvəskarlardan ibarət Unibank
komandasının 5-ci yerə çıxmasının böyük uğur olduğunu görmək olar. Əgər
idmançılardan ibarət komandalar olmasaydı,
əminəm ki, Unibank komandası 1-ci yeri tutardı. Unibank komandasının qələbəsinin
əsas sirri bütün yarış boyu vahid komanda ruhunda çalışmaları idi. Komanda üzvləri ən çətin maneələrdə bir-birinə
kömək edirdi və bütün iştirakçı bank komandaları arasında ən yaxşı nəticəni
göstərdi”.
Komanda
üzvlərindən biri, Unibank-ın filial müdiri Teymur Fərəcov ekstrim, adrenalin
dolu yarışın yüksək səviyyədə təşkil olunduğunu və komandalar arasında güclü
mübarizə getdiyini deyir: "Unibank komandasının qaliblər cərgəsində olmasının
bir neçə səbəbi var. Əvvəla, biz hazırlıq məşqlərində bütün komandamızla
birlikdə aktiv iştirak edirdik. Həftədə 3 dəfə işdən çıxıb həmin məşqlərə
qatılırdıq. "Mübarizlər” komanda yarışmasıdır və burada fiziki hazırlıqdan əlavə,
komandada işləmək bacarığı olmalıdır. Komanda üzvləri nə qədər fiziki
hazırlıqlı olsalar da, komanda işi yoxdursa, yaxşı nəticə olmaz. Biz isə
Unibank komandasında artıq uzun illərdir çalışırıq və Unibank bizi bir komanda
kimi formalaşdırıb. Məncə, əsas səbəblərdən biri də məhz yarış boyu bir-
birimizə həm fiziki, həm mənəvi dəstək olmağımız idi”.
Yarış
içtirakçısı, Unibank-ın departament rəhbəri Əli Əliyev də hesab edir ki, bu yarış fiziki və psixoloji gücün sınağı
deyil, əsl komanda ruhunun göstərilməsi idi: " Startdan finişə qədər biz
komanda şəklində hərəkət edirdik. Bütün məsafəni bir-birimizə kömək edərək
keçirdik. Yarışda vahid komanda şəklində iştrakımız, bir-birimizə kömək etməyimiz
uğrumuz oldu”.

Komandanın
daha bir üzvü Tofiq Kişiyev də yarışda yadda qalan məqamların çox olduğu fikrindədir:
"Yarış zamanı bizdən öndə olan iki komandanı su və palçıqlı maneədən birlik və
ruh yüksəkliyi hesabına kecməyimiz ən yadda qalan məqamlardan idi. Komandamızın yüksək nəticə göstərməsinin əsas səbəbləri
birlik, iradə, ruh yüksəkliyi və məşqcimizin hər bir tapşırığını maksimum icra
etməyimiz oldu”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır