“Kontakt Home”dan ŞİKAYƏT

"Servisə gətirilən telefonların hamısı maksimum 4-5 ay işlənib”.
AZXEBER.COM xəbər verir ki, bu barədə jurnalist Məhəmməd Türkmən öz şəxsi profilində status yazıb. Jurnalist Kontakt Home-dan aldığı mobil telefonun 4 ay sonra işləmədiyini və buna görə dəfələrlə servis mərkəzinə yollandığını söyləyib:
"Kontakt Home-dan heç nə almayın. Mən telefon almışam, peşmanam. 4 ay işlətdiyim telefon xarab oldu. Verdim servisə, 15 gün keçdi, çağırdılar ki, "Gəlin götürün". Telefonu götürüb bayıra çıxdım, 100 metr gedən kimi telefon söndü və yanmadı. Məlum oldu ki, düzəltməyiblər. Aparıb geri verdim. Növbəti 15 iş günü təyin etmək istədilər, imkan vermədim. O məntiqlə gərək aylarla gedim-gəlim. Servisə gətirilən telefonların hamısı maksimum 4-5 ay işlənib” .
Jurnalistin sözlərinə görə, şirkətin satdığı məhsulun üstünə qoyduğu "xidmət haqqları” ilə də bağlı məsələ də müzakirəlidir. Belə ki, o satılan məhsulların üstünə əlavə xidmətə görə pul qoyulduğunu qeyd edib:
Şirkətin rəsmi mövqeyini də dərc etməyə hazırıq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























