• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in növbəti eksklüziv ofisi indi Bakının Q.Qarayev prospektində

Azercell-in növbəti eksklüziv ofisi indi Bakının Q.Qarayev prospektində
04.10.2017 16:05
Abunəçilərinin operativ və keyfiyyətli xidmətlərdən istifadəsini təmin etmək üçün ölkə boyu yeni konsepsiyalı Ekslüziv ofislərinin sayını artıran Azercell daha bir mağazasının açılışını edib. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 3042 ünvanında istifadəyə verilən Eksklüziv ofis 121 m2 ərazidə abunəçilərə xidmət göstərəcək. Ən müasir avadanlıqla təchiz olunan bu ofis unikal Nordic konsepsiyasına uyğun olaraq qurulub.

Mağazanın xüsusi özəlliyi ofisdə aciq sahələrin mövcudluğu, servislərin və seçim imkanlarının rahatlığıdır. Burada abunəçilər istədiyi məhsulu tədqiq və müqayisə edə, sınaqdan keçirə bilər. Düzgün seçim etməkdə, xidmətləri qoşmaqda və digər məsələlərdə isə müştərilərə peşəkar satıcılar dəstək olacaqlar. Bu ofisdə Müştəri Xidmətləri mərkəzlərində təqdim olunan bütün əməliyyatlar icra olunur (izahlı qaimə və addan-ada əməliyyatları istisna olmaqla digər). Burada abunəçilər, həmçinin, mobil texnologiyaları dəstəkləyən müxtəlif aksessuarlar, cihazlar əldə edə, eyni zamanda mobil telefonları kredit və nağd şəkildə ala bilərlər.

Qeyd edək ki, ilk fəaliyyəti günündə Azercell Telekom şirkətinin prezidenti Vahid Mürsəliyevlə yanaşı, həm də Telia şirkətinin Avrasiya regionu üzrə prezidenti Emil Nilson da mağazaya baş çəkərək müştərilərin rahatlığına yönələn bu təşəbbüsü yüksək qiymətləndirmişlər.

Yeni ofislərinin açılmasında Azercell şirkətinin əsas məqsədi 4.5 milyonluq abunəçi ailəsinə yüksək səviyyəli xidmət göstərməkdir. Azercell abunəçiləri bu ofislərə müraciət edərək, yaranan problemləri həll edə, arzuladıqları xidmətlərə qoşula və onları maraqlandıran suallara cavab ala bilərlər.
 




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol