• $
  • €
  • ₽
  • ₺
  • £

AMB banklararası pul bazarının formalaşdırılmasına çalışır

AMB banklararası pul bazarının formalaşdırılmasına çalışır
06.10.2017 15:00
Hazırda Mərkəzi Bank banklararası pul bazarının formalaşdırılması istiqamətində digər əlaqəli orqanlarla qarşılıqlı çalışır.

anews.az-ın Report-a istinadən verdiyi xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev deyib.

O bildirib ki, banklararası pul bazarının formalaşdırılması pul bazarı, bank sistemi və bütövlükdə maliyyə sisteminin inkişafı üçün çox böyük rol oynayır və banklararası bazarda formalaşan faiz dərəcəsi də bütövlükdə pul bazarının barametrini göstərir.

"Bu həm banklara imkan verir ki, öz aktiv və passivlərini daha çevik idarə edə bilsinlər və eyni zamanda imkan verir ki, real sektor və onun ayrı-ayrı sahələrinin maliyyəyə çıxışı daha da asanlaşsın. Çünki banklararası bazarın yaxşı fəaliyyəti pulun ucuzlaşmasına, bankların aktiv əməliyyatlarını, kredit əməliyyatlarını daha çevik aparmasına imkan verir. Bu da bütövlükdə faiz dərəcəsinin aşağı düşməsinə və maliyyəyə çıxışın yaxşılaşdırılmasına gətirib çıxarır. Eyni zamanda bu Mərkəzi Bankın pul siyasəti imkanlarını yaxşılaşdırır. 

Çünki banklararası bazarın fəaliyyəti artıq MB-ya imkan verir ki, o, pul bazarının vəziyyətini daha yaxşı qiymətləndirə bilsin. Faiz dərəcəsinin iqtisadiyyatın inkişafı üçün, makroiqtisadi sabitliyin təmin olunması üçün səviyyəsini daha yaxşı görsün və digər makroiqtisadi hədəflərin idarə olunması baxımından ona təsir etmək imkanından istifadə etsin. Bu bazarın fəaliyyəti Mərkəzi Bankın pul siyasətinin, yəni pul təklifi ilə bağlı qərarlarının, apardığı monetar əməliyyatların ötürücülük qabiliyyətini yüksəldir. 

Pul siyasəti qərarları monetar əməliyyatlar real sektora daha effektiv şəkildə ötürülürsə, o zaman Mərkəzi Bankın artıq real sektor göstəricilərinə də, iqtisadi artıma da, ÜDM-in həcminə təsir etmək imkanları yaranır. Bu da imkan verir ki, MB davamlı iqtisadi inkişafda daha mühüm rol oynasın və makroiqtisadiyyatı daha çevik tənzimləmək imkanı əldə etsin. Digər orqanlarla - Maliyyə Bazarlarına Nəzarət Palatası, Maliyyə Nazirliyi və hökumətlə bərabər çalışırıq ki, bu bazarın formalaşması üçün lazım olan institutsional əsaslar tez bir müddətdə formalaşdırılsın”, - deyə Ziya Əliyev əlavə edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol