• $
  • €
  • ₽
  • ₺
  • £

Kərə yağı nə qədər bahalaşıb? - Marketlərdəki qiymətlər

Kərə yağı nə qədər bahalaşıb? - Marketlərdəki qiymətlər
10.10.2017 11:51
Azərbaycanda kərə yağının bahalaşması son günlərin ən çox müzakirə olunan mövzusuna çevrilib. Qiymətlərin nəzərə çarpacaq dərcədə artması narazılığa səbəb olub. Kərə yağı idxalı ilə məşğul olan şirkətlər qiymət artımının səbəbini yağ ixrac edən ölkələrin qiymətləri bahalaşdırması ilə izah edirlər. Rəsmi qurumlar isə ciddi bahalaşmanın qeydə alınmadığını bildirir.

Məlumata görə, Azərbaycana idxal olunan kərə yağının əsas hissəsi Yeni Zelandiyadan gətirilir və 2017-ci ilin sentyabr ayında bu ölkədə kərə yağının qiyməti 2016-cı ilin yanvar ayı ilə müqayisədə 2 dəfə bahalaşıb. Bu isə Azərbayacanda satılan kərə yağlarının qiymətinə birbaşa təsir edir. 

AzVision.az-ın əməkdaşları supermarketlərə baş çəkərək kərə yağının qiyməti ilə maraqlanıb. Satıcıların sözlərinə görə, bahalaşma son həftə ərzində baş verib. Onlar bunun səbəbini məhsulun firmadan baha qiymətə alınması ilə əlaqələndiriblər. 
Alıcılar qiymət artımından narazıdırlar. 

"Bizim günahımız yoxdur. Məhsulu firmadan alırıq. Qiyməti onlar qaldırıblar, biz də məcbur qalıb yeni qiymətlə satırıq. Alıcılar haqlı olaraq etirazlarını bildirirlər. Amma əlimizdən heç nə gəlmir" - satıcılardan biri deyib.

Məlumat üçün bildirək ki, hazırda "Westgold” və "Ancor” kərə yağlarının 1 kiloqramı 16 manat 90 qəpiyə satışa çıxarılıb. "Wellinqton” kərə yağının qiyməti isə 16 manat 44 qəpikdən başlayır.

Zelandiyadan gətirilən yağların qiyməti fərqlidir. Əksər marketlərdə qiymətlər arasında 10-20 qəpik fərq hiss olunur. Məsələn, bir mağazada 15 manat 79 qəpiyə satılan məhsul digər mağazada 15 manat 50 qəpiyədir. Keyfiyyətli Zelandiya yağının qiyməti 17 manat 39 qəpikdən başlayır. 

Fransadan gətirildiyi deyilən "French Cow" adlı kərə yağının qiyməti 20 manat 99 qəpik, "President” 17 manat 99 qəpik , "Best Cow ”isə 17 manat 99 qəpikdir. 

Kərə yağları ilə bərabər duru yağların qiymətləri də artıb. Zeytun yağı "Consul”un 1 litri 16 manat 95 qəpiyə , "Zeytun bağları” adlı yağın 75 litri 8 manat 67 qəpiyə, Türkiydən gətirlən "Elmas” duru yağının bir litri 4 manat 87 qəpiyə, "Mısır” yağının 1 litri 6 manat 49 qəpiyə, "Miad” qarğıdalı yağı 6 manat 50 qəpik, "Komili” qarğıdalı yağının bir litri 6 manat 40 qəpiyə, "Sunar” qarğıdalının bir litri isə 5 manat 29 qəpiyə satılır. 

Yerli istehsal olan "Final” günəbaxan yağının bir litrinin qiyməti 2 manat 45 qəpikdən, "Möcüzə” qarğıdalı yağının bir litri isə 4 manat 18 qəpikdən başlayır. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol