• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik 22,5 ton balı satışdan çıxarıb

Nazirlik 22,5 ton balı satışdan çıxarıb
10.10.2017 15:44
Bu gün ənənəvi olaraq XVIII Arıçılıq məhsullarının sərgi-satış yarmarkasına start verilib.
 
"APA-Economics" xəbər verir ki, tədbirdə çıxışında kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovun sözlərinə görə, ötən il baş tutan yarmarka ilə müqayisədə bu il həm iştirakçıların sayı, həm də satışa çıxarılan məhsulun həcmi çoxdur: "Bu il 333 nəfər arıçı öz məhsulunu satışa çıxarıb ki, bu da ötən ilkindən 78 nəfər çoxdur. Yarmarkaya 107,5 ton süzülmüş bal, 5,5 ton şanı balı, 1200 tona yaxın digər arıçılıq məhsulları çıxarılıb. Halbuki, ötən il 75 ton süzülmüş bal çıxarılmışdı".
 
Nazir müavini əlavə edib ki, bu il arıçılar üçün çətin ilin olmasına baxmayaraq, göstəricilər sevindiricidir. "Bilirsiniz ki, may ayında quraqlıq müşahidə olundu ki, bu da arıçılıq məhsullarının keyfiyyətinə və həcminə təsirsiz ötüşməyib. Buna baxmayaraq, yarmarkaya maraq yüksək səviyyədədir. Əminliklə deyə bilərəm ki, respublikamızın bütün iqtisadi rayonlarından olan arıçılar burada təmsil olunur. Ötən il olduğu kimi, bu il də üstünlük Lənkəran zonasındadır. Belə ki, bu regionu 107 nəfər təmsil edir. Eyni zamanda, Şəki-Zaqatala regionundan 76 nəfər, Gəncə-Qazax zonasından isə 60 nəfər qatılıb", - deyə o vurğulayıb.
 
Onun sözlərinə görə, yarmarkaya çıxarılan məhsullara qarşı ciddi nəzarət tədbirləri həyata keçirilib: "Bütün məhsullardan nümunələr götürülərək respublika laboratoriyasına göndərilib. Söhbət təxminən 3400 nümunədən gedir. 509 nümunə standartların tələblərinə cavab vermədiyinə görə, satışdan kənarlaşdırılıb ki, bu da 22,5 ton bal deməkdir".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol