“AzRusTrans” şirkətin şəxsi vaqon parkını formalaşdıracaq

"Azərbaycan Dəmi Yolları” QSC və "Rusaqrotrans” QSC tərəfindən təsis edilmiş "AzRusTrans” QSC
10 oktyabr 2016-cı ildən fəaliyyətə başlayıb. Bu, dövlət və özəl sektoru arasında formalaşmış
unikal təcrübə kifayət qədər müsbət nəticələr verdı, şirkət taxıl və taxıl məhsullarının əsas tədarükçüsü oldu və meşə məhsulları tədarükü bazarındada öz yerini
tutdu.
Bir
il fəaliyyəti ərzində şirkət 415 000 ton taxıl və taxıl məhsulları və 1173 vaqon meşə məhsullarının tədarükünü həyata keçirib.
"AzrusTrans”
şirkətinin yaradılmasında məqsəd, ilk növbədə ölkənin tranzit potensialının yüksəldilməsi və tranzit daşımalarının
artırılması oldu. Daşımalar yalnız Azərbaycan və Rusiya arasında deyil, həmçinin Gürcüstan və İran ərazisinə, oktyabrın sonunda açılması
gözlənilən Bakı-Tbilisi-Kars dəmir yolu işə düşdükdən sonra isə, Türkiyə istiqamətində də fəallaşacaq. Bakı-Tbilisi-Kars dəmir yolu xəttinin istifadəyə verilməsi Turkiyə istiqamətinə yüklərin daşımasını təmin edəcək. Bu istiqamətdə böyük potensial var, belə ki, hər il Rusiyadan Türkiyəyə 4 mln ton taxl və taxıl məhsulları və əlavə 2 mln tonn taxıl istehsalı
üçün xam mal tədarük olunur. AzRusTrans şirkəti artıq bu istiqamətdə həyata keçirmək üçün yeni lahiyələr hazırlayır.
Hal
hazirda Astara ərazinidə taxıl terminalının tikinti lahıyəsi üzrə işlər aparılır, lahiyə hazırlanandan sonra Azərbaycan üzərindən Rusiya-İrana birbaşa xətti ilə və daha az xərclərlə taxıl tədarük etmək mümkün olacaq. Bu istiqamətin alternativ yolu Xəzər dənizidir – Həştərxan və Mahaçkala limanları. Bu
limanlarda hazırda ildə 1,6 mln ton yük yüklənir, və bu potensial yüklərin Azərbaycan üzərindən daşınması ölkənin tranzit potensialını
dahada möhkəmləndirəcək.
Baxmayaraq
ki, "AzRusTrans” əsasən taxl və taxıl məhsullarının tədarükünü həyata keçirir, həmçinin "Transles” QSC cəmiyyəti ilə də əməkdaşlıq edir. Şirkət meşə məhsullarını Azərbaycana, eləcə də Azərbaycan üzərindən İrana, Gürcüstana və gəlləəcəkdə isə Türkiyəyə ərazisinə də tədarükünü həyata keçirəcək.
Gürcüstan
istiqamətində yüklərin daşımasını həyata keçirmək üçün AzRusTrans şirkəti amerikanın Bunge Limited və İsveçrənin Glencore International AG
şirkətləri ilə əməkdaşlıq edirdi. Lakin, Bunge Limited şirkətinin Rusiyada fəaliyyətinin dayandırması ilə əlaqədar olaraq, şirkək, yeni potensial tərəfdaşlarla bu istiqamətdə daşımaların bərpası üçün danışıqlar
aparır. Gürcüstan istiqamətində daşımalar, Azərbaycan Dəmir Yolları tərəfindən güzəştli tariflərin tətbiqindən sora daha da əlverişli olub.
AzRusTrans
şirkətnin fəaliyyətinin səmərəliliyi və rentabelliyini həmçinin formalaşmış vaqon parkıda təmin edir. Hazırda şirkət vaqonları Azərbaycan Dəmir Yolları QSC-dən icarəyə götürür, Rusiya ərazisndə tərəfdaşın olması hesabına isə "AzRusTrans”, Azərbaycanın əsas taxıl tədarükçüsünə çevrilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























