• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank “İnnovasiya Ekosistemlərinin Qurulması” elmi seminarının rəsmi tərəfdaşıdır

Kapital Bank “İnnovasiya Ekosistemlərinin Qurulması” elmi seminarının rəsmi tərəfdaşıdır
20.10.2017 11:30
Kapital Bank 19 – 21 oktyabr 2017-ci il tarixlərində Bakı Mühəndislik Universitetində keçirilən "İnnovasiya Ekosistemlərinin Qurulması” adlı elmi seminarın rəsmi tərəfdaşıdır. Seminarı Global Innovation Catalyst şirkəti, Berkeley Kaliforniya Universiteti və Stanford Universitetindən dəvət olunmuş mütəxəssislər aparacaqlar.
 
Açılış mərasimində Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva, Təhsil Naziri Mikayıl Cabbarov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri Ramin Quluzadə, İqtisadiyyat Nazirinin müavini Sevinc Həsənova, Kapital Bank-ın Müşahidə Şurasinin sədri Cəlal Qasımov və rəhbər heyəti, millət vəkilləri, dövlət rəsmiləri, rektorlar, ictimai xadimlər və digər qonaqlar iştirak edib.
 
Tədbirin əsas məqsədi müvafiq dövlət qurumlarında qərar verən vəzifələrdə çalışan şəxslərin innovasiya ekosisteminin qurulması üzrə yol xəritəsi sənədinin hazırlanmasına dəstək verməkdir. Seminar nəticəsində komissiya üzvləri sahibkarlıq ekosisteminin transformasiyası əsasında bilik-əsaslı və innovativ iqtisadiyyatın qurulmasına dair 3 illik fəaliyyət planı hazırlaya biləcəklər.
 
Qeyd edək ki, tədbirdə UC Berkeley İdarəedənlər üçün təhsil istiqamətinin direktoru və təlimçisi Qreqori LaBlank, Global Innovation Catalyst şirkətinin qurucusu və sədri Kamran Elahian və digər rəsmi qonaqlar çıxış ediblər.
 
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol