• $
  • €
  • ₽
  • ₺
  • £

Qlobal kibertəhlükəsizlik xərcləri artır

Qlobal kibertəhlükəsizlik xərcləri artır
20.10.2017 23:23
"International Data Corporation” (IDC) analitik şirkəti 2021-ci ildə dünyada informasiya təhlükəsizliyi sahəsində avadanlıq, proqram təminatı və servislər üçün xərclərin 120 milyard dollara yaxın olacağını proqnozlaşdırır.    

Anews.az ICTnews-a istinadən xəbər verir ki, bütün sahələr tərəfindən artan kibertəhdidlərin öhdəsindən gəlmək və təhlükəsizlik sahəsində tələblərə cavab vermək məqsədilə kibermühafizə üçün vəsaitlərin ayrılması nəzərə alınaraq, 2016- 2021-ci illərdə bu məqsədlər üçün xərclərin orta hesabla 9,6 faiz artacağı gözlənilir.

Şirkətin qiymətləndirməsinə görə, 2017-ci ildə kibermühafizə aparat və proqram vasitələri və müvafiq servislərə investisiyalar 10,3 faiz - 83,5 milyard dollaradək artacaq. Bu məbləğin 80 faizindən çoxu xidmətlər və proqram təminatına sərf olunacaq. İnformasiya təhlükəsizliyi avadanlığı üçün xərclər nisbətən az olacaq və onun əksər hissəsi (13,7 milyard dollar) şəbəkə mühafizə vasitələrinin payına düşəcək.

Coğrafi baxımdan iri kibermühafizə vasitələri bazarı informasiya təhlükəsizliyi məhsulları üçün xərclərin həcminin bu il 37,8 milyard dollar səviyyəsində gözlənildiyi Şimali Amerika olacaq. İkinci yerdə Avropa, Yaxın Şərq və Afrika qərarlaşıb. Bu regionun payı 26,2 milyard dollar təşkil edəcək. Liderlər üçlüyünü Yaponiya istisna olmaqla, informasiya təhlükəsizliyi həllərinə 11,5 milyard dolların xərclənəcəyi Asiya-Sakit okean regionu tamamlayacaq.

Bundan başqa, mütəxəssislər əlavə edib ki, 2017-ci ildə informasiya təhlükəsizliyi həlləri üçün xərclər dörd əsas sahə arasında bərabər bölünəcək: ticarət və xidmətlər sahəsi (19,7 milyard dollar), dövlət sektoru (18,6 milyard dollar), istehsal və resurslar sahəsi (16,4 milyard dollar), maliyyə sektoru (16,3 milyard dollar).

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol