“Bakı Metropoliteni”ndə problem: Qatarlar gecikir – VİDEO

Bu gün səhər saatlarından "Bakı Metropoliteni”ndə sərnişin sıxlığı müşahidə olunur. Mənzil başına vaxtında çata bilməyən sərnişinlər bundan şikayətlənirlər.
"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev anews.az-a bildirib ki, yaranmış problemlə əlaqədar depodan qatarların ötürülməsində fasilələr yaranıb. Bu səbəbdən qatarların qrafikində ləngimələr olub və metro stansiyalarında sıxlıq yaranıb.
Onun sözləırinə görə, hazırda qatarların qrafikindəki gecikmələr aradan qaldırılıb, yaxın dəqiqələrdə stansiyalardakı sərnişin sıxlığı da aradan qaldırılacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























