• $
  • €
  • ₽
  • ₺
  • £

Siqaretin qiyməti qalxacaq

Siqaretin qiyməti qalxacaq
27.10.2017 10:25
Azərbaycana idxalına aksiz tətbiq olunan məhsulların qiymətində bahalaşma ola bilər. Buna aksiz dərəcələrinin artırılması yol açacaq.

"Qafqazinfo” xəbər verir ki, bu haqda xəbəri "Yeni Müsavat”yayıb. Qəzet bildirib ki, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin dediyinə görə, siqaret və alkoqollu içkilərə tətbiq olunana aksiz vergisi çoxdandır dəyişməz qalıb: "Bu dərəcələrə çoxdandır baxılmır. Bildiyiniz kimi, ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələri inkişaf edir. Digər tərəfdən, siqaret və alkaqollu içkilər ilkin zəruri məhsullar deyil. Tütün və spirtli içkilərin idxalı məsələsində biz ilk növbədə əhalinin sağlamlığını düşünməliyik. Həmçinin Azərbaycanda bu gün tütün və alkoqollu içkilər istehsal edən kifayət qədər müəssisə var”.

Yazıda bildirilir: "DGK rəhbəri A.Əliyev artımın aşağı həddə olacağını deyib. Amma rəqəmlərə diqqət yetirdikdə, nəzərdə tutulan proqnoza əməl edilməsi üçün artımların elə də aşağı olmayacağını görürük. Belə ki, ölkəyə tütün və tütün məmulatlarının idxalında ildən-ilə azalma qeydə alınır. DGK-nın məlumatına görə, bu ilin 9 ayında Azərbaycana 114,66 milyon dollarlıq  tütün və tütün məmulatı idxal olunub. Bu, ötən ilin analoji dövründə qeydə alınmış 120,5 milyon dollarlıq idxalda 5 faizə yaxın azalma deməkdir.

Qiymətlərin artımından isə əhalinin bütün təbəqələri əziyyət çəkəcək - baxmayaraq ki, siqaret zəruri tələbat malları siyahısında yoxdur, hazırda demək olar ki, hər bir ailədə ondan istifadə edən var. Bu isə aksizlərin qaldırılması nəticəsində baş verəcək qiymət artımından bütün ölkə əhalisinin zərər çəkəcəyi deməkdir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol